Çay unutqanlığın qarşısını alır.

Çayın mərkəzi sinir siteminə müsbət təsir göstərdiyini bildirən fitoterapiya mütəxəssisləri gün ərzində içilən 1-2 stəkan yaşıl çayın düşünmə və fəaliyyət göstərmə kimi aktiv prosesləri normallaşdırdığını və sizin aktivliyinizi pozitivə doğru dəyişdiyini hesab edirlər.


Ardı →

Qeyri-spesifik xoralı kolit

Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın selikli qişasında inkişaf edən xroniki qeyri-spesifik xoralı zədələnmə olub, əksər hallarda qanlı ishalla müşahidə olunur. Xəstəlik adətən, rektosiqmoidal nahiyədən başlayır və proksimal inkişaf edərək bütün çənbərəbənzər bağırsağı əhatə edə bilir.

Xoralı proktit
— xəstəliyin ən çox yayılmış forması olub, müalicəyə çətin tabe olur. Simptomlara qanlı ishaldan başqa, qarında ağrı, temperaturun yüksəlməsi, arıqlama və ümumi halsızlıq daxildir.  Ən çox rast gəlinən ağırlaşmalar isə qanaxma və toksiki kolitdir. Daha geniş  kolit zamanı xərçəngə tutulma riski artmış olur. Bağırsaqdan kənar ağırlaşmalara isə periferik artrit, ankilozlaşdırıcı spondilit, sakroileit, ön uveit, episklerit, düyünlü eritema, xolangit, öd yollarının xərçəngini göstərmək olar.


Ardı →

Dərman bitkiləri

  • Flora
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. «Min dərd varsa, min bir də dərmanı var» deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə — türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.
Ardı →

Bitki çayları bir çox xəstəliyin dərmanıdır

İtburnu tərkibindəki vitamin zənginliyi səbəbindən gözlərin dostudur. Bədənə dirilik verər. 100 qram itburnunda bir yeşik portağala bərabər C vitamini var. Yaxşı bir qan təmizləyicisi, qurd təmizləyici və bağırsaq yumşaldıcısıdır. Mədə və həzm sistemi çətinliklərinə qarşı faydalıdır. Revmatizm ağrılarını aradan qaldırır.
Ardı →