Fiz içkisi

Fiz (ing. fizz – yapışqan) – sərinləşdirici, təravətləndirici, yapışqana bənzər struktura malik olan bir içkidir. Fiz alkohollu və alkoholsuz içilən içkilərdəndir. Fiz kokteyl şəklində də içilə bilən qidalar siyahısındadır. Onu qazlı su və ya buzla da içirlər. Bu içkini mikser, şeyker və ya digər qarışdırıcılarla qarışdıraraq hazırlayırlar. Fiz 200-250 ml-lik qədəhlərdə içilir. Bir çox ölkələrdə onun həcmini böyütmək üçün qazlı su və buzu eyni zamanda içkiyə əlavə edirlər.

Fiz içkisi barədə ilk qeydlər 1887-ci ildə barmen Cerri Tomasa aiddir. O, öz qeydlərində 6 növ fiz resepti yazmışdır. Ən məşhur fiz Amerikada hazırlanmışdır. Bu Cin Fiz adlı içki olub və onun əldə edilməsi üçün bir neçə barmen çalışmışdır. Bu içki uzun illər dünyada ən məşhur fiz olub. Bu barədə fransız aşbazı özünün yazdığı LArT Culinarie Francais kitabında qeyd etmişdir.
Davamı →