Plan:
- Məktəbdə uşağın həyatında baş verən ilkin dəyişikliklər
- Kiçik məktəblilərin fiziki və psixi inkişafı
- Kiçik məktəblilərin təlim fəaliyyəti
- Kiçik məktəblilərdə oyun fəaliyyəti
- Kiçik məktəblilərdə əmək fəaliyyəti
- Kiçik məktəblilərdə idrak proseslərinin inkişafı
- Kiçik məktəblilərdə hislərin inkişafı
- Kiçik məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri
Sual 1. Uşağın məktəbə getməsi ilə onun həyatında yeni dövr başlanır. Bu dövr 6-10 yaşları (I-IV sinif ) əhatə edir.Bu vaxtdan etibarən oyun fəaliyyəti uşağın aparıcı fəaliyyəti olmur və öz yerini təlim fəaliyyətinə verir. Lakin oyun da onun həyatında mühüm yer tutur. Uşaq məktəbdə artıq yeni şəraitə düşür: şagirdlər üçün olan qaydalara əməl etmək, dərsin başlanğıcından sonuna kimi sakit eyni parta arxasında oturmaq, müəllimin bütün göstəriş və tapşırıqlarına əməl etmək, ev tapşırıqlarını yerinə yetirmək və s.
Davamı →