Uşağın temperament tipi

Xasiyyət və temperament uşaq ilə doğulur və irsən keçir. Onun tamam dəyişmək və istədiyiniz ideal məcraya salmaq qeyri-mümkündür. Körpənin temperamenti qıcıqlandırıcı şeylərə — ananın səs tonuna, islanmış altına, güclü işığa, aclığa və sairəyə əsəb sisteminin reaksiyasından bəlli olur. Körpə var ki, altı islanan kimi ağlayır, eləsi də var vecinə deyil, yuxusuna haram qatmır. Uşağınızın temperament tipini o hələ körpə ikən müəyyənləşdirin ki, onunla mübahisəsiz yola getməyin  və tərbiyə etməyin yolunu tapasız.
Davamı →

Temperamentin növləri

Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər.Bir sözlə insanın xarakterini,xasiyyətini,onun hansı temperamentə malik olmasını müəyyənləşdirirlər.Temperament sözünün latıncadan tərcüməsi «hisslərin lazımı qarşılıqlı nisbəti» deməkdir.Temperament insana irsən xas olan davamlı xüsusiyyətlər toplusudur.Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi,tərbiyə ciddi təsir göstərir.Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq.
Psixoloqların fikrincə 4 temperament tipi var:sanqvinik,xolerik,fleqmatik,melanxolik.


Ardı →

Temperament, temperamentin növləri

1. Temperament haqqında anlayış.
2. Temperament haqqında təlimlər tarixindən.
3. Temperamentin xassələri və tipləri.

1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi «hisslərin lazımi qarşılıqlı nisbəti» deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.


Ardı →

Xarakterin iş həyatına təsiri

1-Xolerik- Güclü psixikaya malikdir. Daim hərəkətdə olan proseslərə çətinlik çəkmədən adaptasiya ola bilirlər. Onlar bir iş sahəsindən digərinə asanlıqla keçə bilirlər. Möhkəm əsəb sisteminə sahib olduqları üçün asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək çətindir. Fəaldılar, yaradıcı və təşəbbüskar işçidilər, bir sözlə işdə irəli getməyə layiqdirlər, ancaq onları ya maddi ya da ki, mənəvi cəhətdən maraqlandırmaq lazımdır. Münaqişəni sevir. Rəhbər işdə işləməyə meylli olurlar. Küsəyəndilər, lakin kin saxlamırlar.


Ardı →