Flört etmək nəyə görə vacibdir?

  • Sevgi
Flört etməyin fəlsəfəsi
Digər şirkətdə işləyən bir adam var ki, sən onunla tez-tez telefonda danışmalı olursan — əksərən lisenziya razılaşması kimi cari işlər barədə. Siz heç vaxt qarşılaşmamısınız, hərəniz dünyanın bir ucunda yaşayırsınız, bununla belə, onun profil şəkli səni dinc qoymur: ağ köynək geyinib, gözəl eynək taxıb, amma sən bilirsən ki, ona bu barədə nəsə bir söz deyə bilməzsən.

Onunla danışmaq həmişə əyləncəlidir – onun səsini eşitmək xoşdur; nəsə bir problem çıxanda, o, sözləri qəşəngcə uzada-uzada “a… bilirəm… bilirəm” deyir – sən ancaq ticarət hüquqları barədə təkliflərdəki qarışıqlıqdan şikayətlənirsən, amma onun səsi səninki kimi səslənmək əvəzinə, digər mümkün imkanlar barədə təkliflər verir: kaşki sən ona Antverpendəki satış konfransında özünü necə yalqız hiss etdiyini və ya Baxın “Bist du bei mir” kantantasına qulaq asarkən necə doluxsunduğunu deyə bilərdin.
Davamı →

Subay kişilər üçün 8 tövsiyə

Subaylıqdan bezən və artıq ciddi münasibət qurmaq istəyən kişilər, diqqətiniz bizdə olsun. Xanımların qəlbini asanlıqla qazanmağınız üçün sizə bir neçə məsləhətimiz olacaq.

1. Əgər bir qadınla ilk görüşünüz gözəl keçibsə, ona zəng edib yenidən görüşə dəvət edin. Əgər görüşünüz pis keçdisə, ürəyinizcə olmadısa, zəng edib onu tanıdığınıza şad olduğunuzu və gələcək həyatında ona şans dilədiyinizi deyin. Səssiz yoxa çıxmayın. Sağollaşıb getdikdən sonra heç bir əlaqə saxlmasanız, mesaj yazmasanız, bu, sizin qorxaqlığınız kimi başa düşüləcək. Sonrakı münasibətinizdə etdiyiniz bu hərəkət eynisiylə sizə qarşı ediləcək. Bu, həm də xoşagəlməz bir hərəkətdir.

2. Bir qadına özü ilə bağlı 3 sual verin. Və cavablarını dinləyin, ya da dinləyirmiş kimi davranın.
Davamı →

Kişinin diqqətini cəlb etməyin yolları

Sevdiyiniz biriylə artıq birlikdəsiz və həyəcanla başlayan bu yeni birlikdəliyin daha uzun davam etməsini istəyirsinizsə, bu məsləhətlərə əməl edin.

Münasibətiniz xaricində özünüzə sosial yaşam qurun
Sevgili tapan kimi dərhal dostlarınızla ayrılmayın. Sevgiylə yanaşı, insanın sosial ətrafının olması da önəmlidir. Ən əsası bu hal sizi motivasiya edər. Sevdiyiniz adamın üstünə çox düşməz, onu çox sıxmamış olarsınız.

Eynilikdən qaçın
Hər birinizin məxsusi vərdişləriniz var, amma bəzən sevgiliniz bu vərdişlərinizdən sıxıla bilər. Sizə fərqli fikirlər irəli sürərsə, rədd etmədən əvvəl bir düşünün. Fərqli şeylər etməyə çalışın, birlikdə əylənin.

Özünüzə güvənin və vaxt verməkdən çəkinməyin
Əgər kişinin sizdən uzaqlaşdığını, ya nədənsə məmnun olmadığını düşünürsünüzsə, demək, kişi sıxılıb. Onun niyə belə olduğunu anlamağa çalışmaq yerinə, elə hey ona yaxın olmağa çalışmaq, diqqət göstərmək daha da çox darıxmasına səbəb olacaq. Ona bir az vaxt verin, icazə verin bir az özünü dinləsin. Üzərinə düşməməniz sizə marağını artıracaq.
Davamı →

İlk görüşdə necə davranmalı?

  • Sevgi
Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması maraqlandırır. Araşdırmalar internetdə tanış olan kişilərin daha tələskən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

Kişilərin 90%-i tanış olduqdan sonra görüşmək üçün 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90%-i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.

İlk görüşdə mənfi hiss yaradacaq 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30%-i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20% isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.
Davamı →

Qadınların kişilərdən gözlədiyi davranışlar

Təxmin edilməyən addımlar
Təbii ki, bu, hər gün onunla başqa bir ölkədə olmalı, ya da eyvanının altında serenada oxumalı olduğunuz anlamına gəlmir. Spontan davranışlarınızı kiçik şeylər üzərində qurun. Məsələn, bir gün yolda gedərkən, “gəl, yeməyə gedək” demək də onu xoşbəxt edəcək. Qadınlar kişilərin növbəti addım olaraq nə edəcəyini bilməyəndə daha çox həyəcanlanırlar.

Bir az təkid edin
Əgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.
Davamı →

Kişilərlə tanış olmaq üçün yollar

  • Qadın
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, bu yazı tam sizlikdi.

Kişilərlə söhbət edərkən dəqiq ol
Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi
Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.
Davamı →

Kişilərin qadınlarda sevdiyi səkkiz xüsusiyyət

Bir kişi bir qadınla yeni tanışdırsa və ya həmin qadınla uzun müddətli əlaqəsi olsa belə, qadının etməsini xoşladığı bəzi hərəkətlər var.

1. Başınızı onu sinəsinə qoymağınız
Kresloda uzanıb televizor izləyərkən və ya uzun gündən sonra çarpayıda uzanarkən, qadının başını kişinin sinəsinə qoyması və kişinin qadını qucaqlaması ən gözəl duyğulardan biridir. Kişilər özlərini qoruyucu kimi hiss etməyi sevirlər və bu hərəkət qadının kişinin qollarında özünü təhlükəsiz hiss etdiyini göstərir.

2. İlk mesajı qadının yazması
“İlk mesajı kişi yazmalıdır” deyə bir təzyiq var. Bəzən kişi bezdirici olmamaq üçün heç mesaj yazmamağı seçə bilər. Kişiyə ilk mesajı qadının göndərməsi onun gününü işıqlandırar və gözəl söhbətin başlamasına səbəb olar.
Davamı →

Flirt nə vaxt xəyanət sayılır?

  • Sevgi

Bəyənildiyini hiss etmək sadəcə qadınların deyil, hər kəsin arzusudur.

Hələ qarşı cins tərəfindən bəyənildiyini hiss etmək daha gözəldir. Razılaşaq ki, kiçik flirtlər insana özünü yaxşı hiss elətdirir. Bəs zərərsiz görünən bu flirt nə vaxt xəyanət sayılır?

Evlisiz, ya uzun müddətdir biriylə birlikdəsiz və hər şey yerli yerindədi. Sadəcə bir az həyəcanınızı itirmisiz. Son zamanlar da iş yerindəki biriylə dost baxışlarınız tez–tez toqquşur, danışarkən ya siz ona, ya da o sizə nəzakətlə toxunur, qısacası kiçiki flirt yaşayırsız. Bu da sizə özünüzü yaxşı hiss elətdirir.


Ardı →

Qızlara nə qədər pul xərcləməli

  • Sevgi

Son zamanlar oğlanlarımız nədənsə qızlarla tanış olmaqdan görüşməkdən,eləcə də evlənməkdən yaman çəkinirlər...«Necə tanış olum,axı...Cibimdə 5 manatım yox»...
Deyəsən,qızdan söz düşəndə oğlanların gözündə qadın silueti yox,pul kisəsi canlanır.

Bu işdə günahkar kimdir?Qızlar,yoxsa oğlanlar?

Qızlardan soruşsan,deyəcəklər: «Bizim üçün əsas pul deyil.Əsas məhəbbətdir,hörmətdir.Pul olmasa da olar.»
Oğlandan soruşsan: «Hansı qız adama pul xərclətmir ki? Məhəbbət yalan şeydi,əgər pulun olmasa.»


Ardı →

Aşiqetmə sənəti

  • Sevgi
Sevgi qarşısını alınmayacaq qədər güclü, arzular qədər ümid doğuran bir hissdir. Hər sevənin arzusu sevdiyi qədər sevilməkdir. Bəzən sevgilər qarşılıqsız olur. Sevdiyiniz insan sizi sevmirsə bunu özünüzə dərd etməyin, sadəcə topiki diqqətlə oxuyun və əməl edin.
aşiq etmək
Yaxınlaş və ya geri çəkil
Sevgi gözlərdə başlar… Təsirli bir baxış şiddətli sevgi hissləri oyandırır. Bu üsul insan beyninin bir bölgəsini hərəkətə gətirir və o anda beyin belə bir qərar qəbul edir: yaxınlaş və ya geri çəkil. Təsirli baxışlarla ovunuzda qorxuya bənzər həssas bir hal yaradıb, o insanın aşiq olma hissinə qapılmasına səbəb ola bilərsiniz.

İri gözlər
Mənalı baxışların uğurlu alınması üçün iri gözlərin rolu əvəzedilməzdir. Yəni göz bəbəkləriniz nə qədər iri olsa, baxışlarınız bir o qədər təsirli olacaq. İri gözlər daha romantik görünür və sevgi etirafı üçün əlverişli vasitələrdən biri sayılır.

Qorxulu filmlər
Dramatik bir oyun, qorxulu film, ya da bir konsert… Qorxu və ya həyəcanı paylaşmaq insanları bir-birinə yaxınlaşdırır. Onunla birgə qorxulu film izləyin. Nəticə uğurlu alınacaq

Əllərə diqqət
Söhbət zamanı ovuclarının içini sizə doğru yönəldirsə, bununla sizdən xoşlandığını bildirmək istəyir. Çünki bu “Təslim oldum” deməkdir. Yəni yaxınlaşa bilərsiniz. Sevdiyiniz insana toxunarkən əllərinizin yumşaq və təmiz olmasına fikir verin. Əks halda, xoşagəlməz halla rastlaşa bilərsiniz.

Bənzərlik
Aşiqlər həm bənzərlik, həm də fərqlilik axtarar. Bənzərlik qurmaq üçün söhbətinizdə “biz” sözündən istifadə etmək önəmlidir. Söhbət edərkən onun seçdiyi kəlmələri seçmək də önəmli sayılır.

Şıq geyim
Geyiminizin şıq və təmiz olması ilə sevdiyiniz şəxsin diqqətini çəkə bilərsiniz. Çalışın geyiminizdə onun sevdiyi rəngdən və üslubdan istifadə edəsiniz. Qara rəngdən nə qədər az istifadə etsəniz, bir o qədər yaxşı olar.
Davamı →