Aşiqetmə sənəti

  • Sevgi
Sevgi qarşısını alınmayacaq qədər güclü, arzular qədər ümid doğuran bir hissdir. Hər sevənin arzusu sevdiyi qədər sevilməkdir. Bəzən sevgilər qarşılıqsız olur. Sevdiyiniz insan sizi sevmirsə bunu özünüzə dərd etməyin, sadəcə topiki diqqətlə oxuyun və əməl edin.
aşiq etmək
Yaxınlaş və ya geri çəkil
Sevgi gözlərdə başlar… Təsirli bir baxış şiddətli sevgi hissləri oyandırır. Bu üsul insan beyninin bir bölgəsini hərəkətə gətirir və o anda beyin belə bir qərar qəbul edir: yaxınlaş və ya geri çəkil. Təsirli baxışlarla ovunuzda qorxuya bənzər həssas bir hal yaradıb, o insanın aşiq olma hissinə qapılmasına səbəb ola bilərsiniz.

İri gözlər
Mənalı baxışların uğurlu alınması üçün iri gözlərin rolu əvəzedilməzdir. Yəni göz bəbəkləriniz nə qədər iri olsa, baxışlarınız bir o qədər təsirli olacaq. İri gözlər daha romantik görünür və sevgi etirafı üçün əlverişli vasitələrdən biri sayılır.

Qorxulu filmlər
Dramatik bir oyun, qorxulu film, ya da bir konsert… Qorxu və ya həyəcanı paylaşmaq insanları bir-birinə yaxınlaşdırır. Onunla birgə qorxulu film izləyin. Nəticə uğurlu alınacaq

Əllərə diqqət
Söhbət zamanı ovuclarının içini sizə doğru yönəldirsə, bununla sizdən xoşlandığını bildirmək istəyir. Çünki bu “Təslim oldum” deməkdir. Yəni yaxınlaşa bilərsiniz. Sevdiyiniz insana toxunarkən əllərinizin yumşaq və təmiz olmasına fikir verin. Əks halda, xoşagəlməz halla rastlaşa bilərsiniz.

Bənzərlik
Aşiqlər həm bənzərlik, həm də fərqlilik axtarar. Bənzərlik qurmaq üçün söhbətinizdə “biz” sözündən istifadə etmək önəmlidir. Söhbət edərkən onun seçdiyi kəlmələri seçmək də önəmli sayılır.

Şıq geyim
Geyiminizin şıq və təmiz olması ilə sevdiyiniz şəxsin diqqətini çəkə bilərsiniz. Çalışın geyiminizdə onun sevdiyi rəngdən və üslubdan istifadə edəsiniz. Qara rəngdən nə qədər az istifadə etsəniz, bir o qədər yaxşı olar.
Davamı →

Kişilər qadını seçərkən

Kişilər öz şəhvani instinktlərinə söykənərək qadın seçmək istədikdə, özləri də istəmədən tünd xasiyyətli və lovğa partnyorlara “tuş gəlirlər.” Texas ştatının professoru Devendra Singh iddia edir ki, kişilər qadınların ən çox bel və omba nahiyələrinə diqqət edirlər – bu isə, “seksual cazibə indeksi” adlanır. Araşdırmalar göstərir ki, kişilər bu qəbildən olan fiziki xassələri qadınların “keyfiyyət nişanı” hesab edirlər. Dolu bədənli xanımlar da diqqətdən kənarda qalmır, lakin onların vücudu mütənasib və simmetrik olmalı, bədənin qatları büküklərlə müşayiət olunmalıdır. əks halda, kişilər onlara fikir verməyəcək. Bütün bunlarla yanaşı, bəhs etdiyimiz məsələnin müsbət cəhətləri də az deyil.

Kişilərin qadın gözəlliyinə olan qavrayışında gözə çarpan mühüm amillərdən biri qadının döşləridir. Burada əslində paradoks var – qabarıq döşlərə malik qadınlar bununla fəxr edir. əksinə, döşlər yastı və yöndəmsiz olduqda isə plastik müdaxilə labüdləşə bilər… Bu zaman, sual ortaya çıxır. Ən mühüm analıq instinkti olan döşlərin süni şəkildə böyüdülməsi onlara nələr hiss etdirir?


Ardı →

Kişi qadınla necə danışmalıdır?

Subay kişilər evlilərlə müqayisədə daha cavan yaşlarında dünyalarını dəyişirlər. Tədqiqatlar göstərib ki, 19-44 yaşlarında kişilər arasında subayların 50 yaşına çatmadan ölmək ehtimalı evlilərlə müqayisədə düz 58 faiz artıqdır. Araşdırma ABŞ-dan olan 67 min kişi və qadın üzərində aparılıb. Məlum olub ki, vaxtilə evli olmuş və sonradan boşanmış kişilərin vaxtından əvvəl ölmək riski də evlilərlə müqayisədə artıqdır. Lakin bu fərq 27 faizdir.
Davamı →

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.

Ardı →

Oğlanların qızı bəyənməsinin əlamətləri

  • Sevgi
Çiyinlərini düzəldir 
Əgər bir oğlan səninlə görüşdə qarnını çəkib,çiyinlərini düzəldib özünü şux tutursa, demək ki, bunu sizə xoş, yaraşıqlı görünmək üçün edir.

Sizi gözləyir
Hər dəfə “təsadüfən” sənin qarşına çıxır. Kişilər bəyəndikləri qızı görmək üçün hər vasitəyə əl atır, bir qızı uzaqdanda olsa görmək üçün saatlarla onu gözləyə bilər.

Gözlərini səndən çəkmir
Əgər daima onun gözlərini üzərinizdə hiss edirsinizsə, onun sizi diqqətlə müşahidə etdiyini görürsünüzsə, əmin olun ki, o sizə aşiqdi.

Sənə çoxlu suallar verir.
Sənin həyatınla maraqlanır, səni tanımaq üçün fərqli suallar verir, səninlə ünsiyyətə can atır, maraqlı söhbətlər etmək istəyirsə, demək ki, oğlan sizə qarşı hissiyatsız deyil.

Sənin dostlarını tanımağa çalışır.
Bir oğlan əgər sizin dostlarınızla tanış olur, onlarla birlikdə vaxt keçirtmək, onların etibarını qazanmaq istəyirsə demək ki, o sizə qarşı laqeyd deyil.

Davamı →

Kişiləri əridən qadına məxsus davranışlar

  • Sevgi
Kişılərə təsir etmək üçün qadınların bildikləri bir sıra bəlli davranşılar vardır.Bunlardan başlıca olanlaq görüşlərə gedərkən təpədən dırnağa bəzənmək və ya kişilərə şirin ləqəblərlə səslənmək kimi klassik davranışlar gəlir.
Amma bir gerçək də var ki, qadınların demək olar ki, hamısı kişilərin hansı qadına məxsus davranışlardan təsirləndiyini bilmək istərlər.Elə isə aşağıdakı məsləhətlərə Siz də nəzər salın:
1.Hər nə qədər dodaq parlatıcının yapışmasından şikayət etsələr də, islaq görünüşlü parlaq dodaqlar kişiləri cəzb edər.
2.Kişilərin çoxu qadınların çantalarında daşıdıqlarına lağ etsələr də,hər ehtimala görə qadınların əşya daşımaları onların xoşuna gedər.
3.Kişilərin çoxu evlərində səliqəsiz olurlar,evlərini səliqə-səhmana salan qadınlardan onlar vaz keçməzlər.
Davamı →

Ləzzət mərkəzi

  • Sevgi
Bu günlərdə oxudum ki, alimlər insan nəfsinin sirrini tapa biliblər. Adını «ləzzət mərkəzi» qoyublar. Əvvəl tapıblar, sonra tapdıqlarından diksiniblər. Yenicə kəşf edilmiş nöqtəyə təsir eləməklə təcrübə altındakı adi insanları dahilərə və optimistlərə çevirmək mümkün olurmuş.
Amma təcrübəni davam etdirdikcə tezliklə bu insanları həyatda yemək, içmək və ləzzət almaqdan başqa heç nə maraqlandırmayıb. Həmin nöqtəyə həddən artıq təsir eləsən, ləzzət almaq həvəsi bütün hissiyyatı, həyatdakı bütün duyğuları öldürüb məqsədə çevrilirmiş.  Bundan sonra alimlər həmin nöqtəni cümlə cahana faş eləmək fikrindən daşınıblar. Qorxublar ki, insanlar yalnız ləzzət haqqında düşünər, ondan başqa həyatdan heç nə istəməzlər.
Davamı →

Kişini qadına bağlamağın yolları

  • Qadın
1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.
Davamı →

Ehtiraslı qadın

Necə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır.Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı.
Ehtiraslı və seksual qadının " baza«sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.
Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.
İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan“ xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın:
Davamı →