Banan qabığının faydaları

  • Flora
Bananı yeyirik lakin qabığını heç düşünmədən tullayırıq. Halbuki banan qabığının düşündüyümüzdən də faydalı tərəfləri var. 

  Bananın tərkibində insan əsəblərinə yaxşı təsir edən və sakitləşdirci maddələr var. Onlar insanın əhval-ruhiyyəsini qaldırmağa kömək edir. Banan böyrəklər və sümüklər üçün xeyirldir. Banan  B6 vitamini ilə zəngindir. 

  Bananın bilinməyən 5 faydası 

 
1. Banan qabığını ağcaqanad sancan yerə çəksəniz, şiş və qaşınma azalır.

  2. Dabanlardakı qabıqların yumşalması üçün banan qabığının içini qaşıqla sıyırın və həmin hissəyə çəkib bir şeylə bağlayın. Bir neçə saatdan sonra açıb ilıq su ilə yaxalayın. Ya da elə banan qabığını ayağınıza bağlaya bilərsiniz. 

  3. Banan qabığı üzdəki qırmızı ləkə və sızanaqları da apara bilir. 

  4. Diz ağrılarına son qoymaq çün də banandan istifadə edə bilərsiniz. Bananın qabığı ilə dizlərinizi ovun. 

  5. Banan qabığı çox gözəl ayaqqabı cilasıdır. Ayaqqabılarınızı banan qabığı ilə təmizləyə bilərsiniz.

  Ən dadlı və sağlam dondurmanı da banandan hazırlayırlar. Bananları blenderdən keçirin və soyuducuda saxlayın. Bir neçə saatdan sonra alın və üzərinə süd, şokolad və ya kakao əlavə edərək yeyə bilərsiniz.
Davamı →

Kartofun faydaları

  • Flora
kartofKartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Kartofun kök yumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji aktiv maddələr var. 
Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik tələbatını ödəyir.Lakin kartofu çox saxladıqda C vitamini getdikcə azalır. 

Kartof göz yorğunluğu üçün də faydalıdı. Yazı yazanda,kompüterdə uzun müddət işlədikdə göz qapaqlarında əmələ gələn yorğunluğu və şişləri aradan qaldırmaq üçün kartofdan hazırlanan məlhəmdən istifadə etməyi məsləhət görürlər. Bunun üçün çiy kartofu götürüb soyun.
Sonra sürtkəcdən keçirib alınan kütləni kündə halına salıb tənzifə bükün və göz qapaqlarının üzərinə qoyub 15-20 dəqiqə saxlayın.
Qısa bir zamanda göz qapaqlarında əmələ gələn şiş və yorğunluq heç bir iz qoymadan keçib gedəcəkdir.

 Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir. Belə ki, yanğı hissi, qastrit, mədə xorası, hipertoniya üçün 2-3 ədəd kartofu yuyun, sürtkəcdən keçirin (qabığı ilə birgə), 5-6 qatlı tənzifin arasına qoyub sıxın. Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 — 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.


Ardı →

Kivi

  • Flora

kiviKivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.


Ardı →

Əncir

  • Flora

əncirBu, tut Moraceae fəsiləsindən olub, Azərbaycanda geniş yayılmışdır. Bağbanların, alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkiləri içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.

Əncir hələ eramızdan çox qabaq becərilən qiymətli bitkidir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.

Azərbaycanda Abşeronda becərilən “Sarı sabahi” və ya “Sarı əncir” sortu xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, sarı rəngli nazik qabıqlı meyvələri çoxlarına məlumdur.

Ümumiyyətlə, Azərbaycanda əncirin 2 növü yayılıb. Bunlardan biri “mədəni əncir” adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə “Hirkan ənciri”dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.

“Mədəni əncir” 2-3 m hündürlükdə kol və ya ağac bitkisidir, onun xoşa gələn ətirli, şirəli, şirin, armudvarı və ya yastı armudabənzər, sarı rəngli meyvələri olur. Əncirin ən qiymətli sortlarından biri “Sarı sahibi”dir. Mədəni əncir Azərbaycanın bir sıra rayonlarında [Abşeronda, Kür-Araz ovalıqlarında, Lənkəranda, Muğanıda və s.] becərilir.


Ardı →

Nar

  • Flora

Narın şəfalı xüsusiyyətlərindən yaxşı yararlanmaq üçün ya meyvəni təzə ikən yemək, ya da təzə sıxılmış suyunu içmək lazımdır. narÜrəyi qüvvətləndirən nar suyu qaraciyəri qüvvətləndirir, mədə iltihabını və ağrısını kəsir.  Narda 15% karbohidrat, 0,8% protein, B1 və B2 vitaminləri ilə bərabər kalsium, fosfor və dəmir var. Nar həmçinin dəniz tutmalarına qarşı da yaxşı təsir göstərir. Narı içindəki pərdə ilə birlikdə yedikdə mədə yarasını müalicə edir. Nar suyu böyrək və qaraciyər xəstəliklərində çox faydalıdır.

Narın digər faydaları:
-Nar suyu yüksək təzyiqin müalicəsində, ürək ağrılarında, babasil xəstəliyində faydalıdır.
-Nar suyu hərarəti götürür.
-Nar şirəsinin şərbəti sidikqovucu xassəyə malikdir.
-Nar şirəsini bədəndə revmatizm ağrıları olan nahiyələrə vurduqda ağrıları kəsir.
-Ürəkgetmə zamanı xəstəyə nar şərbəti içirilməlidir.
-Meyvəsi və qabıqları da yararlıdır. Çiçəyi bağırsaqdakı yara və iltihabı yaxşılaşdırır.
-Boyun tutulmasında nar çiçəyinin xəşili şəfavericidir.
-Qabığı çay kimi dəmlənib içildikdə mədə və bağırsaq xəstəliklərinə, ishal və dizenteriyaya qarşı olduqca faydalıdır.

 

Davamı →

Keşniş

  • Flora

keşnişKeşniş toxumlarından həm xörəklərdə, həm də biskvit məmulatlarında istifadə edilir. Yarpaqları, gövdəsi salat və xörəklərə əlavə edilir. Keşniş iştahaaçıcıdır, həzmi asanlaşdırır, mədə-bağırsaqdakı sancıları aradan qaldırır.

Keşniş antiseptik, yəni mikroböldürücü xüsusiyyətə malikdir. Keşnişin toxumunu əzin, bir şirniyyat qaşığı keşniş toxumunu 1 stəkan qaynar suya tökün, stəkanın üstünü möhkəm bağlayın və 5 dəqiqə dəmə qoyun. Yeməkdən əvvəl 1 stəkan için.

Keşniş həm də sakitləşdirici təsirə malikdir, təzyiqi aşağı salır, yarpağından salat və souslarda istifadə edilir.


Davamı →

Vanil

  • Flora

vanil

Vanil kalsium, natrium və dəmir mineralları ilə zəngindir, tərkibində xolesterol olmasa da, şəkər nisbəti yüksəkdir. Buna görə də kalori dəyəri çoxdur.

Vanil orqanizmi gücləndirir, sinirləri sakitləşdirir, temperaturu aşağı salır, həzmi asanlaşdırır, tənəffüs yollarını təmizləyir.

Vanildən biskvit və şirniyyat məmulatlarında, tort və şokoladlarda, xoşətirli olduğu üçün yağından ətir və müxtəlif kosmetik məhsullarda istifadə olunur. Ancaq vanil və vanil yağından həddindən artıq istifadə etdikdə ürəkbulanma baş verir.


Davamı →

Azərbaycanın bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Davamı →

Azərbaycanın bitki örtüyü

Dünyada mövcud olan 500 min bitki növünün 4,3 mini Azərbaycanda bitir. Azərbaycanda bitki örtüyünün zəngin olması ilk növbədə relyef və iqlim şəraitinin müxtəlifliyi ilə əlaqədardır. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Talış dağlarındakı Zuvand çökəkliyində və Naxçıvanda endemik bitkilər — əsasən çoxillik otlar geniş yayılıb.
Əsasən Talış dağlarında qismən Baş Qafqaz və Ceyrançöldə III dövrün relikt (qalıq) bitkiləri yayılıb. Məsələn: dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azad, qaraçöhrə, şümşad, Eldar şamı və s. Relikt və endemik bitki olan Eldar şamının təbii vətəni Ceyrançöldəki Ellər oyuğudur. Bu ağacdan arid ərazilərin yaşıllaşdırılmasında geniş istifadə olunur.
Ardı →