Müasir Azərbaycan danışıq dili

Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.

Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.

Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:


Davamı →

Azərbaycan dilinin fonetikası

Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.

Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.

Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.

Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.


Davamı →

İngilis dilinin fonetikası (Phonetics)

Fonetika danışıq səslərindən bəhs edən elm sahəsidir. İngilis dilinin özünəməxsus fonetik quruluşu var. Fonetik səslərdən danışmazdan əvvəl ingilis dili əlifbası haqqında qısa məlumat vermək lazımdır.
Ingilis dilində səslərin sayı hərflərin sayindan çoxduг.   Yəni 26 hərf, 44 səs var.
Ingilis dilində iki və ya daha artıq hərflərin birləşməsi bir səs kimi tələffüz edilə bilir. Məsələn:
  • tea [ti] — cay. «ea » hərf birləşməsi tək bir səs [i;] kimi tələffüz edilir.
  • engineer [endʒi'nıə] – mühəndis. «eer» harf bir­lasmasi isə [ıə] kimi tələffüz edilir.

Davamı →

İntonasiya

İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir.
Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir.
Ardı →

Fonetik hadisələr

Türk ədəbi dilində bir sıra qanunauyğun fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Digər qismi isə yazıda da öz əksini tapır. Ona görə də, türk dilində düzgün yazmaq, oxumaq və danışmaq üçün bu hadisələri öyrənmək lazımdır.
Yazı ilə əlaqədar fonetik hadisələr, əsasən, səsartımı və səsdüşümü şəklində özünü göstərir. Lakin bu hadisələr danışıqda da geniş yayılmışdır və əsas etibarilə söz tərkibində bəzi səslərin (r, h, t) zəif tələffüz olunması, sözün çox sürətlə deyilməsi ilə bağlıdır. Məsələn, türk dilində «birkaç» (bir neçə) sözündə «r» samiti, «bir dakika» ifadəsində «r» samiti ilə «i» saiti (bi dakka), «efendim» sözündə isə üç səs (n, d, i) eyni anda (efem) düşə bilir. «R» samitilə başlayan sözlərin əvvəlinə tələffüzdə bir sait artırılması türk dilinin dialektləri üçün xarakterikdir (rençper — irençper, ruba — urba, razı ırazı və s.).


Ardı →

Fonetika, sait səslərin bölgüsü

Fonetika nəyi öyrənir?
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir- səslər, hərflər, sözlər, cümlələr və s. Fonetikada öyrənilən səslər və hərflər ən kiçik vahidlərdir. Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir.
Tələffüz zamanı ifadə etdiyimiz səslər danışıq səsləri adlanır.Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri fəal iştirak edir.Danışıq səsləri şifahi nitqin vahidləridir.Yazılı nitqdə isə bu, hərflərlə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə görə fərqlənir:
Səslər tələffüz olunur və eşidilir.
Hərflər yazılır və oxunur(görünür).
Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan istifadə olunur: [ ]
Tələffüz etdiyimiz səslər oxşar və fərqli cəhətlərinə görə iki qrupa bölünür: 1) sait səslər 2) samit səslər
Davamı →

Fonetik təhlil

Sözün fonetik təhlili aşağıdakı kimi aparılır:
1. Sözün səs və hərf tərkibi göstərilir.
2. Sait səslər növlərinə görə təhlil olunur.
3. Samit səslər növlərinə görə təhlil olunur.
4. Sözün hecaları və vurğusu göstərilir.

Sözdəki səslərin növlərə görə təhlili onun tələffüz şəkli; ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır.
Davamı →

Samit səslər

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar samitlər
2. Cingiltili samitlər
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili  samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir: 

Cingiltili samitlər:

b

q

v

ğ

d

j

z

y

g

c

l

m

n

r

 

Kar samitlər:

p

k’

f

x

t

ş

s

x’

k

ç

-

-

-

-

h



[l],[m],[n],[r]  cingiltili samitlərinin kar qarşılığı,[h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
[n]və[m] səslərinin əmələ gəlməsində hava əsasən burun boşluğundan çıxır. buna görə həmin samitlərə burun samitləri deyilir
Ardı →

Fonetika

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Davamı →