Yumurta bişirməyə əyləncə qatın


Yumurta ən faydalı qidalardan biridir. Təbii zülal mənbəyi olan yumurtanın həm sarısı, həm də ağı orqanizm üçün əsl şəfa qaynağıdır.

Yumurta səhər yeməklərinin şahıdır. Səhər yumurta yesəniz, günə enerjili başlayacaq və gün ərzində özünüzü daha tox hiss edəcəksiniz.

Ancaq hər gün yumurta yemək sizi bezdirə bilər. Əgər bu sağlam qidanı menyunuzdan çıxarmaq istəmirsinizsə, onu müxtəlif bişirmə üsulları ilə hazırlamağa çalışın.


Ardı →

Çay dəsgahları

Çay dünyada ən çox sevilən içkilərdəndir. Amma onun hazırlanmasına, tərtibatına və təqdim edilməsinə dair təsəvvürlər tamamən fərqlidir.

Yaponiya
 
“Matça” yüksək keyfiyyətli yaşıl çayın xırda doğranmış yarpaqlarından hazırlanır.  


Ardı →

Göy qurşağı körpüsü

Körpünün hər iki tərəfində  yerləşdirilən fontanlar ona əsrarəngiz gözəllik qatır. Məhz bu işıqlar adi bir körpünü qısa zamanda həm Seulun, həm də Cənubi Koreyanın əsas turistik məkanlarından birinə çevirib. Körpünün ətrafında 1.5 kilometrlik məsafədə yerləşən 380 boru yerləşdirilib. Gün ərzində isə 60 tona yaxın su istifadə olunur.

 
Ardı →

İncəsənət San-Fransisko pilləkənlərində



San-Fransisko şəhəri günəşli günlərinin çoxluğu, parlaq boyaları və yüksək əhval-ruhiyyəsi ilə seçilir. Onun qeyri-adi həyat eşqi demək olar ki, şəhərin bütün hissələrində özünü göstərir. Rəngli mozaika ilə döşənmiş pilləkən isə turistlərin sevimli məkanlarından biridir.


Ardı →

Vulkanın şah əsəri | Mono gölü


Mono gölü 760 min il bundan əvvəl Kaliforniyanın indiki ərazisində yaranıb. Göl ABŞ-da Yosemit Milli Parkından şərqdə yerləşir. Gölün ərazisinə vulkan püskürməsi nəticəsində yaranmış bir neçə ada daxildir. Həmin adalardan ən qədimi isə 2 min il bundan əvvələ aid edilir. Mono gölünün ümumi sahəsi 150 kvadrat metr, dərinliyi isə 43 metrdir.


Ardı →

Uğur qazanan qadınların geyimləri


London dizayn muzeyində «Women Fashion Power» sərgisi açılıb. Sərginin əsas eksponatları seçilmiş qadınların 26 geyim dəsti olub. «Women Fashion Power» sərgisinin hədəfi geyimin köməyi ilə qadınların XIX əsrin sonundan XXI əsrin əvvəlinə qədər cəmiyyətdə vəziyyətlərinin necə dəyişdiyini göstərməkdir. Sərgidə vintaj geyimlər və korsetlər, dar burnuna görə «qadın iztirablarının rəmzi adlandırılan» əl işi olan ayaqqabılar, Manolo Blahnik ayaqqabıları, alt geyimləri və ilk kostyumlar təqdim olunur. 
Ardı →

Ən maraqlı otel otaqları

Dünyanın ən qəribə və maraqlı otel otaqları məlum olub.  «Flavorwire» adlı internet saytı siyahı tərtib edərək qeyri-adi otel otaqlarının adlarını və fotolarının yayımlayıb. 

Bu otaqlardan bəziləri suyun, bəziləri isə yerin altındadır. 

Au Vieux Hotel (Marsel, Fransa)
Bu otelin otaqlarındakı dizaynını Tilt ləqəbli sənətkar edib.
 

Ardı →

Müharibə uşaqları

Müharibə uşaqlarını tanıyırsız? Sərhəddə, erməni əsgər postundan 1 km məsafədə yaşayan soydaşlarımız üçün həyat davam edir. Onlar hər kəs kimi sevirlər, evlənirlər və sonunda həyata bir körpə, bir dünya gətirirlər. O dünya ki, həyatın acısına-şirininə baxmadan uşaqlığını yaşayaraq böyüyür... 

Sizi onlarla fotojurnalist Famil Mahmudbəylinin fotokameranın yaddaşına həkk etdiyi görüntülərlə tanış edəcəyik. 
Fotolar erməni postundan 1 km məsafədə yerləşən Tovuz rayonunun Ağdam kəndində, Agdərənin Markuşevan cəbhə bölgəsi ilə üzbəüz kənddə çəkilib. 

Ardı →