Rəsm əsərindən fotoşəklə qədər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Kaliforniyalı fotoqraf Trini Şultz (Trini Shultz) öz kamersının obyektivi vasitəsi ilə mistik və
bəzən romantik portretlər yaratmaqla yeni aləmi təcrübədən kecirir.Hansı ki, burda sanki zaman dayanır.
İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) heç də asanlıqla kəşf edilməyib. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırıb. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. XIII əsrdə eynəyin ixtirası, optik cihazların icadı foto-obyektivin yaranmasına təkan verdi, lakin fotoaparatın yaranması, yəni əşyanın kağıza köçürülməsi kimya elminin inkişafını zəruri edirdi. Kimya elmində bu imkan XVIII əsrdə meydana çıxdı.