Dünyanın gözəl məscidləri

İranlı tələbə Məhəmməd Gənci dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.
Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunları aydın görmək mümkündür.
Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.
Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.


Ardı →

Uçurumun kənarında


Siz nə zamansa uçurumun kənarında olmusuz? Sözün məcazi yox, həqiqi mənasında. Rusiyalı fotoqraf Kiril Oreşkinin təqdim etdiyi bu selfilərə baxın. O, şəhərin ən hündür yerlərinə çıxaraq bu əsərləri yaradır. Yəqin çox az adam buna cəsarət edər. Axı bu, əsl dəlilikdir: Ayağının altında uçurum, özündə bir əlinlə sallanırsan…
Ardı →

Kitab memarlığı

Bildiyimiz kimi bütün kitablar ağacdan hazırlanır, lakin buna memarlıq tərəfdən baxsaq bu ideya yalnız Nino Orlandiyə məxsusdur. İtalyan memarı maraqlı və yadda qalan əsərlər yaradır hansılar ki, hər biri kiçik hekayədən danışır.

  Ümumilikdə memarın bütün memarlıq əsərləri kitab mövzusu ilə bağlıdır. Kitab bilik mənbəyi olub və insanı təhsilə yönləndirdiyi kimi eləcə də incəsənətə yönləndirir.

  Orlandi demək olar ki, gənc yaşlarından memarlıq ilə məşğul olur və o, demək olar ömrünün artıq 14 ilini bu sahəyə həsr edib. Bir çox incəsənt adamları kimi Orlandinin də  əsas məqsədi “mümkün” və “qeyri-mümkün” arasındakı sərhədi açmaqdı. Fantaziyasından istifadə edərək kitabların içindən çıxan əl, qədim dövrə aid element və ya hadisə kitab üzərinə qabardaraq yaratmaqla o buna az da olsa nail olur.


Ardı →

Səyyah heykəllər

Məşhur fransız heykəltaraşı Bruno Katalaonu kəsilmiş hissələrdən ibarət heykəllər yaratmışdı. İlk baxışdan bu heykəllər tamamlanmamış kimi görünsədə lakin bu əsərlərin dərin mənası var. Bruno öz əsərlərinə hər hansısa fikir bildirməsə də, zənnimcə o bu əsərlər vasitəsi ilə sadə xalqa nəyi isə çatdırmaq istəyirdi.

Onun “Səyyah” adlı heykəllər silsiləsində Van Qoq da yer almışdı.


Ardı →

Sualtı heykəllər muzeyi

Britaniyalı heykəltəraş Jason deCaires Taylor bu yaxınlarda sementdən hazırladığı daha bir skulpturu təqdim edib. Yer altı heykəllər muzeyi Meksikanın şərqində Qəraib dənizinin sahilində yerləşən Kankun kurortunun yaxınlığında yerləşir. Burada 500 heykəl və skulptut mövcuddur.
 
Ardı →

Pişiklər dünyanı belə görür

Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar  binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.

Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri  boz, yaxud bənövşəyi kimi qəbul edirlər.

Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.

Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.


Ardı →

Qalpaq altında şəhər

Takanori Aiba-yapon fotoqrafı,rəssamı,illüstratoru və memarıdır.O,jurnalların illüstrasiyasından başlayaraq,zamanla pəşəkar dizayner və memar olmuşdur.Onun son işi isə qeyri-adi bonsay ağaclarıdır.Sənət əsərində qəribəlik ondadır ki,uzaqdan bonsay stilində evə bənzəyir,yaxınlaşanda isə....

Onun işlərində memarlıq və dizayn vəhdətlik təşkil edir.Əsərlər baxanda özünü nağıllar  aləmində,ağaclar arasında yaşayan xeyirxah məxluqlar sırasında hiss edirsən.Bunun üçün Aiba hətta bir neçə personaj da yaradıb.Bələliklə hər bir insan özü üçün hekayə qura bilər.

Əsas bir balaca fantaziya olsa bəsdi.

Qeyd edək ki,bu kompazisiyalardan real həyatda da,məsələn parklarda istifadə etmək olar.1978-ci ildən illüstrator işləyən Takanori öz işləri üçün bir çox mükafatlara layiq görülüb.Yokohama da muzeylərin biri və “Skylark Gusto” restoranlar şəbəkəsinə dizaynı da o verib.Öz işlərində münasibətdə isə Takanori gülərək bunları deyir:”Bəlkə də mən hələ böyüməmişəm”.


Ardı →