Futbol üzrə dünya çempionatları və loqotipləri

Futbol üzrə dünya çempionatı necə görünür? «Bax, belə!» –, deyə loqotip bizə bu haqda bildirir.

Bu movzuda maraq dairəsinin geniş olmasını nəzərə alaraq, sizlərə 1930-cu ildən 2010-cu ilə qədər futbol üzrə dünya çempionatlarının “loqo evolyusiyası”-nı təqdim edirik. Həmçinin həmin illərdə final oyunu və çempionun adını da bilmək istəyənlər üçün qeyd edirik. Bilənlər üçünsə yenidən yada salmaq istərdik.
Ardı →

DÇ 2010-un ən gözəl qolları

Futbol üzrə 2010-cu il Dünya Çempionatı başa çatıb və yaddaşımızın arxivlərinə daxil olub. Bu dünya çempionatından yəqin ki yadımızda qalanlar İspaniyanın çempionluğu, vuvuzela səsləri, hakim səhvləri, qapıçıların başının bəlası Jubilani topu və ən əsası isə vurulan gözəl qollar oldu. Futbolun bəzəyinin qol olduğunu nəzərə alaraq, mən də bu postumda Dünya Çempionatında vurulmuş ən gözəl qolları sizə təqdim edəcəm. Əlavə etdiyim videoda qolların sırası göstərilib, amma bu sıra subyektiv xaretker daşıyır və həmin qollar bir-birindən daha gözəldir. Əgər sizin öz favoritiniz varsa, onları da şərhlərə əlavə etsəniz, çox gözəl olar.
Ardı →

Dünyanın Yeni Çempionu: İspaniya

Bir ay davam edən futbol bayramı nəhayət ki bu gün sona çatdı, sevinən isə İspaniya və onun azarkeşləri oldu. İki il davam edən təsnifat mərhələlərinin nəticəsində dünyanın 5 qitəsindən 32 yığma komandanın iştirak etdiyi turnirdə bir-birindən maraqlı və gözəl, bol qollu oyunların şahidi olduq. Bu çempionat da hakim səhvləri olmadan ötüşmədi, bu dəfəki səhvlər əvvəlki çempionatdakılardan daha səs-küylü idi. Ən yadda qalan səhvlərdən biri Uruqvaylı hakim Jorge Larrionda-nın Almaniya-İngiltərə oyununda İngilis futbolçu Lampardın zərbəsində qapı çatına dəyərək qapı xəttini kəçən topu qol olaraq qeydə almaması idi. Digər səhv isə Argentina-Meksika oyununda Tevezin açıq-aşkar offsaytdan vurduğu qolu hesaba alan Robetti Rozettiyə məxsusdu. Rozetti bu səhvi nəticəsində öz hakimlik karyerasını başa vurdu.


Ardı →

Dünya yeni çempionunu gözləyir...


Sizcə futbol üzrə yeni dünya çempionu kim olacaq? Bu çempionun “yeni” olacağı artıq dəqiqləşib, çünki finala vəsiqə qazanmış hər iki komanda, Hollandiya və İspaniya hələ ki dünya çempionu olmayıblar. Final iştirakçılarının hər ikisi güclü, komanda ruhuna malik kollektivdilər və çempion olmaqla öz adlarını dünya futbolu tarixinə və öz azarkeşlərinin qəlblərinə yazmaq istəyirlər.


Ardı →

Hardasan Tofiq Bəhramov???

Bu gün futbol üzrə Dünya Çempionatının 1/8 mərhələsində əzəli rəqiblər Almaniya və İngiltərə yığma komandaları qarşılaşırdılar. Maraqlı futbol şəraitində gedən oyunun 20-ci dəqiqəsində Almaniyalı futbolçu Miroslav Klose qapışı Noerin başladığı hücumu qol ilə tamamladı. Bu qoldan sonra hücümlarını davam etdirən almanlar gözəl bir kombinasıya nəticəsində 2-ci qolu David Ceymsin qoruduğu qapıdan keçirdilər.
Ardı →