"Neftçi"nin yaranması

  • Futbol

1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi.

Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmış və buna görə də cəmiyyətin adı rusca «Neftyanik» adlandı. Beləcə, «Neftyanik» Könüllü İdman Cəmiyyətini Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftçıxarma idarələrinin əsasında yaratmaq qərara alındı. Bu iki səbəblə bağlıydı. Birincisi, SSRİ-də ilk dəfə olaraq Neftçilərin Həmkarlar İttifaqı 1906-cı ildə Bakıda yaranmışdı.
Ardı →

Futbol Klublarının gerbləri

Real Madrid futbol klubu


Real Madrid


Madrid klubunun başındakı «Real» yazısı Royal yəni krallıqdan gəlməkdədir. Franconun ölkənin başına keçməsiylə «Real» yazısı klubun adına ikinci dəfə əlavə olunmuşdur. Gerbdə iştirak edən tac şəkli də yenə kraliyet ailəsini təmsil edir. Franconun İspaniyada başa keçməsindən sonra İspaniya Kralı Alfonsonun ölkə xaricinə qaçması ardından bu kraliyet logosu Madrid klubunun gerbinə əlavə olunmuşdur. Real Madridi formasında iştirak edən ağ rəngdən ötəri İspaniyada «Ağlar» olaraq adlandırılır.


Ardı →

Futbol tarixinin ən yaxşı komandaları

İngiltərənin “Daily Mail” qəzeti futbol tarixinin ən yaxşı komandalarını müəyyənləşdirib. Nüfuzlu qəzetin keçirdiyi sorğuda 1-ci yeri 39 il əvvəl dünya çempionu titulunu qazanmış Braziliya yığması tutub. 1970-ci ildə dünya birinciliyində qızıl medallar əldə etmiş komandanın heyətində ulduz futbolçular – Feliks, Brito, Piazza, Karlos AlbertoTorres, Everaldo, Klodoaldo, Gerson, Jairzinyo, Tostao, Rivelinyo və əlbəttə, Pele var idi.

Futbol tarixinin ən yaxşı 50 komandası sırasına türk kollektivlərindən heç biri daxil olmayıb.

Siyahıda ilk “onluq” belədir:
Ardı →