DÇ 2010-un ən gözəl qolları

Futbol üzrə 2010-cu il Dünya Çempionatı başa çatıb və yaddaşımızın arxivlərinə daxil olub. Bu dünya çempionatından yəqin ki yadımızda qalanlar İspaniyanın çempionluğu, vuvuzela səsləri, hakim səhvləri, qapıçıların başının bəlası Jubilani topu və ən əsası isə vurulan gözəl qollar oldu. Futbolun bəzəyinin qol olduğunu nəzərə alaraq, mən də bu postumda Dünya Çempionatında vurulmuş ən gözəl qolları sizə təqdim edəcəm. Əlavə etdiyim videoda qolların sırası göstərilib, amma bu sıra subyektiv xaretker daşıyır və həmin qollar bir-birindən daha gözəldir. Əgər sizin öz favoritiniz varsa, onları da şərhlərə əlavə etsəniz, çox gözəl olar.
Ardı →

Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Ardı →

Dünyanın Yeni Çempionu: İspaniya

Bir ay davam edən futbol bayramı nəhayət ki bu gün sona çatdı, sevinən isə İspaniya və onun azarkeşləri oldu. İki il davam edən təsnifat mərhələlərinin nəticəsində dünyanın 5 qitəsindən 32 yığma komandanın iştirak etdiyi turnirdə bir-birindən maraqlı və gözəl, bol qollu oyunların şahidi olduq. Bu çempionat da hakim səhvləri olmadan ötüşmədi, bu dəfəki səhvlər əvvəlki çempionatdakılardan daha səs-küylü idi. Ən yadda qalan səhvlərdən biri Uruqvaylı hakim Jorge Larrionda-nın Almaniya-İngiltərə oyununda İngilis futbolçu Lampardın zərbəsində qapı çatına dəyərək qapı xəttini kəçən topu qol olaraq qeydə almaması idi. Digər səhv isə Argentina-Meksika oyununda Tevezin açıq-aşkar offsaytdan vurduğu qolu hesaba alan Robetti Rozettiyə məxsusdu. Rozetti bu səhvi nəticəsində öz hakimlik karyerasını başa vurdu.


Ardı →

Paul. Səkkiz ayaqlı proqnozçu.

10 iyul. Ekzotik dəniz heyvanı olan Paul növbəti dəfə qarşıdakı Dünya Çempionatı oyununun qalibini seçməlidir. Bu dəfə 3-cü yerin qalibi müəyyən olunacaq. Final qabağı hazırlıq.


Uruqvay — Almaniya. Paul qutulara yaxınlaşır. Əvvəl üzərində almaniyanın bayrağı olanı seçir. Sonra əks tərəfə — Uruqvayın qutusuna yönəlir. 15 dəqqəlik tərəddüddən sonra səkkizayaqlı ilbiz son qərarını verir — Almaniya.

11 iyul. Futbol üzrə 19-cu Dünya çempionatı. 3-yer uğrunda görüş. Almaniya hesabı açır. Uruqvay iki qolla hesabda irəli keçir. Almanlar güc toplayaraq daha 2 qol vurur və qalib gəlir.

Ardı →

Dünya yeni çempionunu gözləyir...


Sizcə futbol üzrə yeni dünya çempionu kim olacaq? Bu çempionun “yeni” olacağı artıq dəqiqləşib, çünki finala vəsiqə qazanmış hər iki komanda, Hollandiya və İspaniya hələ ki dünya çempionu olmayıblar. Final iştirakçılarının hər ikisi güclü, komanda ruhuna malik kollektivdilər və çempion olmaqla öz adlarını dünya futbolu tarixinə və öz azarkeşlərinin qəlblərinə yazmaq istəyirlər.


Ardı →

Vilya transferi

Deyilənə görə növbəti həftə David Vilyanın Barcelonaya keçidi rəsmiləşəcək. Fikrimcə, bu elədə yaxşı ideya deyil. Torresi alsaydılar daha səmərəli olardı. Həm cavandı, həm də hava toplarında daha yaxşı oynayır. Bəs sizin fikriniz nədir???

Dunqanın başı xarab olub..

Braziliyanın məşqçisi Dunqa və ya Dinqo 23 nəfərlik heyəti açıqladı. Külbaş Dunqa Ronaldinyonu çağırmayıb. Bu azmış kimi Pato və zəhləm qaçmış Marselonu da çağırmayıb. Əvəzində 70 yaşlı Qrafite və Gilbertonu çağırıb. Qrafiteni çağırırdısa gərək Ronaldo və Karlosu da çağıraydı.


Ardı →