Futbol - gözəl qollar

Bir çox insan mənimlə razılaşar ki, futbol idman oyunlarının şahıdır. Futbola gözəllik verən isə oyunda vurulan qollardı. Mən də sizə futbol oyununda vurulmuş ən gözəl qolları təqdim edəcəm.

Sizə təqdim edəcəyim ilk qolun videosunu youtubda tapa bilmədim, amma maraqlananlar aşağıdakı linkdən baxa bilərlər. 

http://webtv.hurriyet.com.tr/category.aspx?cid=4&vid=5701&bid=1

Davamı →

İkinci finalist kim olacaq? Barselona, yoxsa İnter?

Bir çoxları Barselonanın qələbə qazanacağını və bir sonrakı tura vəsiqə qazanacağını düşünsə də mən şəxsən İnterin finala çıxacağını gözləyirəm. Hətta Nou Kampda qələbə də qazana bilərlər. İlk oyunda 3-1lik qələbə İnterin rahat olacağına işarədir. Barselona isə ən azı 2 qol atmalı olduğundan hucumu düşünəcək və müdafiəsində böyük boşluqlar olacaq.

Finala ilk vəsiqəni kim qazanacaq? Bavariya, yoxsa Lion?

Çempionlar liqası yarım finalında rəqibini 1-0 məğlub edən Bavariya Lionun qonağı olur. Lion həftəsonu oyunu təxirə salındığı üçün bu oyuna ciddi və bütün qüvvələri ilə hazırlanıblar. İlk oyunda qırmızı kart görən Toulalan (Lion) və Ribery (Babariya) bu oyunda olmayacaqlar. Bavariya 1-0lıq hesabın verdiyi cəsarətlə müdafiə olunacaqlar. Lionun da çox riskli oynayacağını düşünmürəm. İlk hissə böyük ehtimalla heç heçə bitəcək. Mən şəxsən Bavariyanın finala vəsiqə qazanacağını düşünürəm.

Çempionlar Ligası - Bavariya? yoxsa Lyon?

Bu axşam çempionlar liqasında sizcə kim qalib gələcək. Mən şəxsən Bavariyanın qalib gələcəyini təxmin edirəm. Hesab isə 4-1 olacaq. Hətta Bavariyanın qalibiyyətinə 10 manat pul yatırmışam )

Mançester Yunayted - Çelsi oyunundan öncə

Bu gün bu komandalar arasında Premyer liqanın nəticəsinə təsir edəcək oyun olacaq.

Hər iki komandanın son beş oyunu bele nəticələnib:


Man Utd

Bayern Munich 2-1 Man Utd (Çempionlar Liqası)
Bolton 0-4 Man Utd (Premyer Liqa)
Man Utd 2-1 Liverpool (Premyer Liqa)
Man Utd 3-0 Fulham (Premyer Liqa)
Man Utd 4-0 AC Milan (Çempionlar Liqası)

Chelsea

Chelsea 7-1 Aston Villa (Premyer Liqa)
Portsmouth 0-5 Chelsea (Premyer Liqa)
Blackburn 1-1 Chelsea (Premyer Liqa)
Chelsea 0-1 Inter (Çempionlar Liqası)
Chelsea 4-1 West Ham (Premyer Liqa)

Komandalarda son xəbərlər

Man Utd

Wayne Rooney Bayern ilə oyunda xırda topuq zədəsi aldığlna görə 3 həftə oynamayacaq.

Rooneydən başqa Michael Owen, Wes Brown, Anderson və John O'Shea oynamaq üçün yararlı deyil.

Hargreaves ve O'Sheadən birisi oynaya biləcək

Chelsea

Didier Drogba tam sağalıb və meydandakı yerini alacaq.

Michael Essien, Ashley Cole, Ricardo Carvalho and Jose Bosingwa hələ də zədəlidir. Ivanovic isə dizində problemlə üzləşib.

Sizcə bu oyunun nəticəsi necə olacaq?


Davamı →

Pique və Puyolsuz Barcelona Arsenalı Nou-Campda necə susduracaq?

Çempionlar liqasının yarımfinal oyunu: Barcelona Arsenalın qonağı olur amma ilk dəqiqələedən özünü evin sahibi kimi aparır.  Bütün Arsenal azərkeşləri bu futbol tamaşasına nəfəslərini tutaraq baxırdılar. Bəlkə də çoxları 60-cı dəqiqədən sonra cütlüyün taleyinin həll olunuğunu düşünürdü. Barcelona kimi komandanın qarşısında 0-2 geri düşmək və geri qayıtmaq asan iş deyildı. Amma son 20 dəqiqədə hər şey birdən-birə dəyişdi. Teo Walcatt bir az da Valdesin səhvindən istifadə edib hesab arasındakı fərqi azaltdı. Bəlkə də həmin an bəxt Arsenalın yanında idi.


Ardı →