Azərbaycanda ilk fəlsəfi təlimlər

Zərvanilik
Azərbaycanda yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik olmuşdur. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə zaman, bəzi hallarda zaman ilə məkan varlığın yaradıcısı kimi təqdim edilir. Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik öz dövründə tənqid olunmuşdur.

Maniçilik
Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış edərək göstərirdi ki, aləmin başçısı iki varlıqdır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə xeyir, mürvət, fayda, sevinc, nizam birlik-işığın, şər, əksiklik, zərər, kədər isə qaranlığın işidir. Maniçilik feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin etirazını, mübarizəsini ifadə edən bidətçi təlim olduğu üçün Mani öldürülmüşdür. Lakin maniçiliyin təlimi uzun müddət yaşamış və V əsrin sonunda məzdəkilərin ideya mənbəyi olmuşdur.
Davamı →

DƏLİLİ GÖRMƏKMİ YOXSA, ÖZÜN TAPMAQMI: HANSI DAHA FAYDALIDIR? VƏ YA ƏDƏBİYYATLA FƏLSƏFƏNİN FƏRQİ


Hər şeyi hər yerdə dəlil-sübutla demək, vacib də deyildir lazım da deyildir. Bəli fəlsəfi, akademik bir ortamda və ya müəyyən xüsusi şəraitlərdə təbii ki arqumentasiyalı danışmaq lazımdır amma məsələn elə burda, sosial şəbəkədə, ümumi xitab etmək zərurəti ilə fəlsəfi danışmaq, bir araya sığmaya bilir. Yəni əvvəla hər şeyi hər dəfə dəlillə danışsan gərək onda hər dəfə böyük bir məqalə və ya əsər yazasan.
Qaldı ki ümumiyyətlə hər şeyi dəlillə demək kimi bir zərurət varsa bəs onda ağıl nəyə lazımdır? Hər şeyi dəlillə danışmaq, tapmacanı deyib sonra da onun cavabını da deməyə bənzəyir. İndi bunun mənası və faydası nədir? Faydası ola bilər, amma hər zaman yox.
Davamı →

Fəlsəfəni necə öldürməli?

  • Esse
Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir.

Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar…

Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik.

Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”.
Davamı →

Fəlsəfə terminləri (H-R)

H


HAKİMİYYƏT – cəmiyyətin siyasi təşkilinin əsas funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini əlaqələndirməklə insanların hərəkətini idarə etmək üçün, inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe etməkdə real imkana malik nüfuzlu qüvvə.
HAQQ (ing. Real; ər. كمح) – sözünün lüğət mənası ―dəyişməz‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy- yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
Davamı →

Fəlsəfə terminləri (S - Z)

S


SABİT fikir [alm. Fixe idee; fr. Idèe; ing. Fixed idea; lat. Fixus – sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] – şüurun taxılıb qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.
SAF [alm. Rein; fr. Pur; ing. Pure; lat. Purus; osm. tr. sırf, saf, mahz] – içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari. Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine Anschauung; fr. Intuition pure; ing. Pur intuition] isə Kantın fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama gir- dikləri sağ hiss, biliyin ilkin şərtidir.
Saf əql [alm. Reine Vernuft] – ilkin bilik qabiliyyəti, təcrübə- dən asılı olmayan qabiliyyəti üçün Kantın istifadə etdiyi termin. İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.
Davamı →

Fəlsəfə terminləri (E - G)

E


EFORAT — Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.
EVDEMONİZM [yun. Eudaimonia – həzz, səadət, xoşbəxt- lik] – etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş- bəxtliyi, səadəti təmsil edər.
EVRİSTİKA [yun. Heurisko – axtarıram, kəşf edirəm ] – yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan metodları öyrənən elm.
EQO [Alm. Ich; ing. Myself, I; lat. Ego; osm. tr. ene; ər. ؤَأ]. bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. fərdi o biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların ən eqoistcəsinə doyurulmasıdır
Davamı →

Fəlsəfə terminləri (A - D)

A


ABSURD [alm. = ing. Absurd; fr. Absurde; osm. tr. abes; ər. ظجع] – avropa  mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozulması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür. Lakin insana bəzən absurd təzhürü bağışlayan, onun məntiqi analizindən kənarda qalan şey, hal və ya hadisələrə qeyri – həqiqi anlamı yükləmək olmaz. Kəlmə dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur.
ABA – dilimizin daha qədim kəlmələrindəndir. Bəzi türk dillərində hələ də işlənməkdədir. ―Hörmətəlayiq adam‖ deməkdir. Aba kəlməsi qədim türk dillərində çox işlənir və müxtəlif mənaları ifadə edirdi. ―Ana‖, ―abla‖ və ―baba‖ mənasında da işlədilmişdir…
Davamı →

Aristotel və məntiq

Aristotelin ən başlıca fərqli cəhəti o idi ki, o demək olar ki, heç bir sələfə malik olmadan, yalnız öz gərgin təfəkkürü nəticəsində yeni bir elm yaratmışdı – məntiq elmini. Renan yazırdı ki, dolayısı və ya birbaşa olaraq Yunan intizamına məruz qalmayan zəka, düzgün təlim görmüş hesab edilə bilməz. Amma həqiqətdə yunan intelektinin özü də Aristotelin amansız formullarına kimi intizamdan kənar və xaotik idi. Bu formullar insan fikrinin sınanılması və təshih edilməsi üçün onu hazır metodla təmin etdi. Aristoteldən sonra Yunanıstanın siyasi və iqtisadi tənəzzülü ellinist təfəkkürünün və xarakterinin zəifləməsinə gətirib cıxardı. Amma minillik vəhşi qaranlıqdan sonra üzə çıxan yeni bir xalq, mücərrəd mühakimələr üçün də asudə vaxt və bacarıq əldə etdi.

Boetsi (470-525) Aristotelin məntiq “Orqanon”unu latın dilinə tərcümə etdi. Bu, orta əsr təfəkkürü üçün bir şablon, sxolastik fəlsəfənin tələbkar anası oldu. Sxolastik fəlsəfə faydasız doqmalar ətrafında cərəyan etsə də, gənc Avropanın intellektini mühakimə aparma sənətinə və zərif təfəkkürə öyrətdi. Müasir elmin terminologiyasını, habelə, zəkanın yetkinliyi üçün baza yaratdı. Zəka, bununla da onu doğuran və yaşadan sistem və metodlardan daha çox yüksəldi və inkişaf etdi. Məntiq, sadəcə olaraq, düzgün təfəkkür sənəti və metodudur. O hər bir elmin, fənnin, sənətin metodudur; hətta musiqi də ona bir sığınacaq verir. O elmdir. Çünki, düzgün təfəkkür proseslərinin geniş təfərrüatları azaldılaraq fizikada və həndəsədə olduğu kimi qaydalar şəklinə salınmalı və hər bir normal təfəkkür sahibinə öyrədilməlidir. O sənətdir. Çünki düzgün təfəkkür vərdişlərini aşılayır və nəhayət pianinoçunun pianino üzərində gəzən barmaqlarını instinktiv olaraq cəld dəqiqliklə idarə edir, harmoniya yaradır. Məntiqdən daha darıxdırıcı, eyni zamanda, məntiqdən daha vacib olan heçnə yoxdur. Məntiqin bu arxa cəbhəsindən dəhşət saçan ön cəbhəyə gəlsək, döyüş meydanında Aristotelin qarşısında duranın Platon olduğunu görərik. Bu müharibənin və döyüşün həll etməli olduğu əsas məsələ isə “universaliyalar” haqqında məsələsidir. Bu bizim günlərə qədər davam edən fəlsəfi müharibənin birinci konflikti idi. Bu bütün orta əsr Avropasını məcbur etmişdi ki, “realist”ləri və “nominalist”ləri döyüşə səsləsin.
Davamı →

Frensis Bekon

Frensis Bekon ( 1561-1626) ingilis filosof, elm adamı, vəkil, hüquqçu, dövlət adamı və yazıçı.
Frensis Bekon, kraliça 1-ci Eli Francis Baconzabeth-in baş prokuroru Nicholas Bekonun oğludur. Hər nə qədər Frensis Bekonun şöhrəti atasının şöhrətini kölgədə qoysa da, Nikolas Bekon da dövrünün məşhurlarından olmuşdur.

Frensis Bekon, 12 yaşında daxil olduğu Trinity College, Kembricdə sxolastik fəlsəfə ilə tanış oldu və sxolastik fəlsəfəyə əleyhdar baxışlarının toxumları ilkin olaraq burada atıldı.1576-cı ildə hüquq təhsili almağa başladıqdan sonra Fransadakı ingilis səfirinin yanında çalışmaq üçün təklif aldı. Təklifi qəbul edərək təhsilinə ara verdi və Fransaya getdi. Bekon, fəlsəfəyə olan sevgisinin artmağa başladığı bu dövrdə (1579) atasının gözlənilməz ölüm xəbərini aldı. Pulsuz halda İngiltərəyə qayıtdığında edə biləcəyi tək şey hüquq təhsilinə davam etmək oldu. Təhsilini tamamladıqdan sonra vəkillik etməyə başladı. Bekon, uşaqlığından bəri alışdığı lüks həyat üçün darıxırdı, buna görə də vəkillik edərkən bir yandan da siyasi bir kariyera üçün çalışdı. Beləcə, 1584-cü ildə parlamentə seçildi.
Davamı →

Rene Dekart

Şübhədən Həqiqətə!
Rene Dekart – (31 mart, 1596-11 fevral, 1650) fransız filosofu, riyaziyyatçısı və yazarıdır. Dekart modern fəlsəfənin qurucusu sayılır. O həm də cəbr və həndəsəni birləşdirən analtik həndəsənin ixtiraçısıdır ki, bununla həndəsi məsələlərin cəbri həlli mümkün olmuşdur. Fəlsəfəni dinin və siyasətin təsirindən qurtarmağa çalışmış önəmli bir filosofdur.

Əsas əsərləri “Metod haqqında mühakimə”,” Metafizik düşüncələr” və “Fəlsəfənin prinsipləri” əsərlərini göstərmək olar. Dekart eyni zamanda həm yeni, həm də köhnə dövrün nümayəndəsi hesab olunur. Bir tərəfdən o, fəlsəfəni yeni, etibarlı təməllər üzərinə oturtmağa çalışır.

Digər tərəfdən isə o, sxolastik ənənəyə sıx bağlıdır, bu da onun Tanrının mövcudluğu ilə bağlı irəli sürdüyü arqumentasiyaları ilə təsdiq olunur. Dekarta görə fikir ayrılıqları fəlsəfədə istənilən mövzuda mövcuddur. Yeganə etibarlı metod – riyazi deduksiyadır. Buna görə də, Dekart elmi ideal olaraq deduktiv sistemdə nəzərdən keçirir.
Davamı →