İlk görüşdə bu mövzulardan danışmayın

  • Sevgi
İlk görüşdə hər zaman xoş söhbətlər etməyə çalışırıq. Görüşünüzün müvəffəqiyyətlə keçməsi üçün bəzi mövzuların söhbət zamanı danışılması məqsədə uyğun deyil.

1. Köhnə sevgiliniz barədə hər hansı mövzu
Burada mövzunun nə olduğu əhəmiyyətli deyil. Əhəmiyyətli olan köhnə sevgilinizlə əlaqədar hər hansı söhbətə başlamağınızdır. Çünki mənfi xatirələrinizi danışmağa başladığınız an qurban, gözəl xatirələtinizi danışan zaman isə hələ köhnə sevgilinizi unutmamış kimi görünəcəksiniz.
Davamı →

10 maraqlı görüş ssenarisi

  • Sevgi

Yeni araşdırmalar sübut edir ki, dəbdəbəli həyatın əsiri olmayan cütlüklər hər görüşdə çoxlu pul xərcləyən cütlüklərdən daha xoşbəxtdir. Bəlkə, elə siz də qeyri ənənəvi görüşlər təşkil edəsiniz?

  1. Sərgilərə, yeni mağazaların açılışına gedə bilərsiniz. Orada yeni insanlarla tanış olub, hətta pulsuz kokteyl də içmək olar.
     
  2. Muzeydə eksponatlarla tanış olmaq da maraqlı əyləncədir.
     
  3. Bir öpüşdən mərcə gəlib kart oyunu oynaya bilərsiniz. Yaxşı bəhanədir.

Ardı →

İlk görüşdə necə davranmalı?

  • Sevgi
ilk goruş
Təzə tanış olduğunuz biri ilə görüşə hazırlaşırsınız, lakin necə davranmağı bilmirsinizsə, məsləhətləri diqqətlə oxuyun. 

Onunla tanışlığınız ilk günlərində çox naz etməyin. Tez-tez olmasa da, hər gün mesaj yazıb əhvalını soruşun.

Sms, mesaj, whatsappı bir kənara qoyun və ona təcili zəng edin. Onunla danışarkən səsinizə bir az ehtiras qatın. Bu səs bütün günü onun ağlından çıxmayacaq. 
Ardı →

Nəhayət

Gözlədiyin gün gəldi; ilk görüşə dəvət aldın. Yaxşı, bəs indi nə etmək lazımdır? İlk görüşün qüsursuz olmağını istəyirsənsə, bunlara diqqət etsən, yaxşı olar…
Nə geyinmək lazımdır?
Qarşındakının Meqan Foks, Şarliz Teron fanatı olduğunu bilib, nə badə onlar kimi bol makiyaj və ya dar, dəbdəbəli paltar geyinməyi düşünəsən. Kişilər Hollivud ulduzlarına nə qədər baxıb köks ötürsələr də, bir o qədər təbii, sadə qızlar axtararlar. Ona görə də hansı paltar sizə yaraşırsa, onu geyinin. Makiyajınız da az olsa, yerinə düşər. Təbiilik və sadəlik özünə inamın göstəricisidir, bunu unutma.
Evdən çıxmamış bunları et
Geyindin, makiyaj etdin, elə isə evdən çıxmağa hazılaş:
• Evdən çıxmamış limonlu yaşıl çay iç. Bu, səni sakitləşdirəcək.
• Bir az musiqi dinlə. Ən sevdiyin mahnılardan ibarət pleylist hazırla, görüş yerinə gedincə dinlə. Bir növ enerji dopinqi al!
Bu qaydaları unutma:
1. Özünü onun pərəstişkarı kimi aparma!
Onun üçün ürəyin gedə bilər, amma bunu ilk görüşdən bildirmək məcburiyyətində deyilsən. Oğlanlar da qızlar kimi nə qədər sevildiklərini, bəyənildiklərini bilmək istəyirlər, ona görə də ilk gündən özünü onun pərəstişkarı kimi aparmaqdan çəkin. Onun üçün sirli qalmağa çalış. Qoy nə qədər sevildiyini bilmək üçün dəridən qabıqdan çıxsın.
2. Dinləməyi bacar!
Kişilər çox danışan qızları sevmədikləri qədər sakit qızları da sevmirlər. Nə çox danışmaq, nə də sakit qalmaq məharət deyil. İlk görüşdə çalış, daha çox dinləyən tərəf olasan. Sonra yavaş-yavaş özün haqda ipucu verə bilərsən.
3. Zarafat et!
Tutaq ki, ard-arda “tutmayan” zarafatlar etdin, istəmədiyin sözlər dedin, başla özünlə zarafat etməyə…Zarafata keçidi elə et ki, əvvəlkilərin axmaqlıq olduğu heç bilinməsin. Əgər bunlar çətin görünsə, bir-iki lətifə ilə məsələni yoluna qoya bilərsən. Əgər lətifə də bilmirsənsə, bil ki, şəhərdə kifayət qədər çox oğlan var, dünyanın sonu deyil…
4. Ağır ol!
Hər kişinin bir neçə bəsit testi var. Məsələn, ətrafındakı digər kişilərlə (ofisiant, mağaza satıcısı) çox səmimi olma. Xüsusən, sənə təsadüfən zəng vuran oğlan tanışınla danışanda diqqətli ol. Adi hərəkətlərin onda şübhə və ya suallar yaratmasına imkan vermə. Ağır qızlar həmişə daha cazibədardır, bunu bil.
5. “Xeyr” deməyi bacar!
Yaxşı, ilk görüşdən vurula bilərsən. Hətta görüşün bitməməsini, hər uzanan dəqiqəni də qənimət saya bilərsən. Ancaq çox şablon səslənsə də tələsən təndirə düşər, deyib atalar. Bunu unutma və onun hər istəyinə “bəli” cavabını verməməyi öyrən.
 

Davamı →