Surətpərəst Landau

Bakıda Landau adına küçə var. Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir sırada çəkilən Nobel mükafatı almış fizik Lev Davıdoviç Landaunun bioqrafiyası silinməz cümləylə başlayır. O, Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deməyi sevərmiş: «Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam». Atası onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsə də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi.  Arıq, çəlimsiz olsa da, bu uşaq yaxşı oxuyur, hətta 12 yaşında rəqəmləri differensasiya etməyi, 13 yaşında isə inteqrasiya eləməyi bacarırdı. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa elədi: «İşsizlikdən insan məhv ola bilər». İntihar haqqında düşündüyü bu dövrdə xoşbəxtlikdən onun əlinə Stendalın «Qırmızı və qara» kitabı düşür və o anlayır: insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.
Davamı →

Lev Landau-dahi fizik

Lev Davidoviç Landau Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fizikidir.
Onun atası David Lvoviç Landau Balaxanı neft mədənlərində mühəndis işləmiş, anası Lyubov Veniaminovna Qarkavi (Landau) isə Balaxanıda mamaça-ginekoloq kimi fəaliyyət göstərmişdir. Övladlarının təhsil alması vaxtı çatanda — 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçmüş və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılmışdır) mənzil almışdır. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşamışdır.
Davamı →

Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»
L.D.Landau
L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.
Davamı →

Verner Heyzenberq və atom bombası

Tarixdə onun haqqında çox az danışılıb və onun adı yalnız müəyyən dairələrdə tanınır. Halbuki, bir vaxtlar o, bir sıra elmi kəşflərinə görə gənc yaşlarında Nobel mükafatı almışdı. Ötən əsrin 30-cu illərinin sonunda Hitler Almaniyasında fizik Verner Heyzenberqin adı gələndə hamı ayağa qalxırdı. O, məşhur fizik, atom bombasının müəlliflərindən biri olan Nils Borun ən sevimli tələbələrindən idi.
Onlar hər ikisi о dövr üçün mühüm hesab edilən atom bombası üzərində işləyirdilər. Lakin Heyzenberq və Bo­run yolları ayrılmışdı. Bor faşist Almaniyasına xidmət etmək istəmirdi və buna görə də, Danimarkaya köçmüşdü. Heyzenberq isə bütün həyatını Almaniyanın gələcəyinə həsr etməyi qərara almışdı. O, Hitlerin yüksək inkişaf etmiş sivilizasiya quracağına əmin idi və hesab edirdi ki, fürerin axıtdığı qanlar da elə bu müqəddəs vəzifəyə xidmət edir. Lakin Heyzenberqin almanlara xidmət etməsi heç də birdən-birə başa gəlməmişdi.
Heyzenberq nə üçünsə nasistlərin qara siyahısında idi. Nasistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, elmi müəssisələrdən yəhudiləri qovmağa başladılar.
Ardı →

Nyutonun həyatı

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır.
İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır.
Davamı →

Robert Boyl

Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından R.Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.
Boyl 1660-cı ildə «hava yayına aid yeni təcrübələr» adlı əsərini yazır. O, təcrübələr aparıb müəyyən edir ki, qaz özünü sıxılmış yay kimi aparır. Havanın elastikliyinin Boyl tərəfindən öyrənilməsi hava nasoslarının ixtirasına səbəb oldu. Boyl öyrənir ki, havanı sorub çıxartdıqda oradakı civə sütunu aşağı enir, yəni təzyiq azalır. O, eyni zamanda təzyiqi azaltdıqda suyun tez qaynadığını /qaynamanın təzyiqdən asılılığı/ müəyyən edir.
Boylun kimya sahəsində də xidmətləri olmuşdur. O, kimyaya eksperimental metodu daxil edir və 1661-ci ildə «Kimyaçı-skeptik» adlı əsər yazır. Bu əsərdə o, kimyəvi elementin ilk dəfə tərifini vermiş və kimyanın müstəqil elmə çevrilməsinin təşəbbüsçüsü olduğunu bildirmişdir. Boylun fikrincə element-maddədir, cismin tərkib hissəsidir.
Ardı →