Konyunktivit və onun növləri

Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, «yad cisim» hissiyyatı ilə özünü büruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və gözdən selik, irin kimi müxtəlif ifrazatın axması ilə müşahidə olunur. Bundan başqa göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma qeydə alına bilər. 

Bildirilib ki, konyunktivit bakterial, virus və allergik mənşəli olur. Bakterial konyunktivitin müalicəsində genişspektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir. Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa, bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır.
Davamı →

Astenopiya

Astenopiya – yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərin yorğunluğu deməkdir. Bu vəziyyət görmənin itiliyinin pozulması, gözyaşarması, göz altında gərginliyin olması ilə təzahür olur.

Səbəbləri:
Görmə analizatorunun işi işıq qəbul edən və gözün hərəki aparatının işindən asılıdır. Astenopiya xoşagəlməz faktorlar hər iki aparata təsir etdikdə inkişaf edir. Bu vəziyyət ən çox otaq yaxşı işıqlandırılmadıqda, görmə işi ilə məşğul olduqda, bədən düzgün yerləşmədikdə baş verir.

Klinikası:
Astenopiyanın simptomları subyektiv əlamətlərlə – yaxın məsafədə kitab oxuyarkən, əşyalara yaxından baxarkən baş verir ki, bu zaman görmə dumanlanır, həriflər və sətirlər yayılır, gözlərdə kəskin ağrı hiss olunur, ağrı qaşların ustündə, gicgahlarda qeyd olunur.
Davamı →

Göz sklerasının xəstəlikləri

Sklerada iltihabi proseslər məhəlli və həm də diffuz olmaqla, əsasən skleranın ön yarısında, ekvatorla limb arasında yerləşır.

Skleranın 2 növ iltihabı məlumdur: səthi episklerit və dərin sklerit. Episklerit-skleranın səthi iltihabı, məhəlli olaraq səthi episkleral qan damarlarının hiperemiyası ilə başlayır. Həmin nahiyədə episklera toxuması diffuz halda düyün şəklində qalınlaşır. Hiperemiya tezliklə bənövşəyi rəng alır, episklera şişkinləşir. Həmin nahiyəyə toxunduqda azacıq ağrı hiss edilir.

Episkleritin klinik gedişi xronikidir, tez-tez residiv verir və beləliklə, bir neçə il davam edir, nadir hallarda hər iki gözdə də ola bilər. Xroniki gedişinə baxmayaraq heç bir iz buraxmadan sağalır.
Davamı →