Göz quruluğunun səbəbləri və müalicəsi

Göz yaşları gözün daha rahat hərəkət etməsini təmin edir. Göz yaşının əskikliyi gözdə yanma, sancma və qızartı kimi vəziyyətlər meydana gətirə bilər. Göz quruluğu ciddiyə alınmasa, xroniki formaya keçə bilər. Göz yaşı gözləri toz, duman, külək kimi ətraf mühit faktorlarından qoruyur.
Gözləri qırpmaqla ifraz olunan göz yaşı gözün səthinə yayılaraq gözün təmizlənməsinə və nəmləndirilməsinə imkan yaradır. Göz yaşları azaldıqda gözlərdə yanma, sancma və qızartı kimi problemlər yaranır.

Davamı →

Göz yaşları haqqında 10 fakt

1. Körpələr əvvəl ağlamağı, sonra isə gülməyi öyrənir.

2. Göz yaşlarının tərkibində olan lizosim maddəsi təbii antibiotikdir. Bu maddə gözləri infeksiyalardan qoruyur.

3. Göz yaşlarının kimyəvi tərkibi dəyişilir. İnsan kədərdən ağlayanda göz yaşları daha duzlu, hətta acı olur, sevincdən ağlayanda isə əksinə.

4. Elmi araşdırmalara görə, ağlamaq həqiqətən stressi azaldır. Müşahidələr göstərib ki, ağladıqdan dərhal sonra insanlar özünü daha pis hiss edir. Lakin yarım saat keçdikdən sonra insan yüngüllük hiss etməyə başlayır.
Davamı →

Sakit axan göz yaşları ömrü uzadır

Həyatda nadir hallarda ağlayan insanlar mədə xorası, bağırsaq xəstəliklərindən daha çox əziyyət çəkirlər və onların uzunömürlü olma ehtimalı çox az olur. Amerikalı alimlər uzun illər apardıqları tədqiqatlardan belə qənaətə gəliblər. Tanınmış həkim Uilyam Freyanın fikrinə görə göz yaşları ilə insan sağlamlığının birbaşa əlaqəsi var.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, insan ağlayarkən onun göz yaşları orqanizmdəki zərərli maddələri özü ilə birgə xaric edir. Bu zərərli maddələr orqanizmdə qaldıqda isə onlar bütövlükdə orqanizmin fiziki və psixi yüklənməsinə səbəb olur.

Davamı →

Ağlamaq nə üçün xeyirlidir?

Hər birimiz ağlayır və qəlbimizdəki yanğını göz yaşlarıyla söndürməyə çalışırıq. Hesab olunur ki, ağlayanda stress azalır və insan yüngülləşir.

Psixoloq Ceyran Həsənlinin sözlərinə görə, emosional həssas insanlar daha çox ağlayırlar: “Tədqiqatlar nəticəsində müəyyən olunub ki, insan ağlayan zaman göz yaşları ilə birgə orqanizmdən xüsusi zərərli maddələr xaric olunur. Bu isə bilavasitə stressi azaldır və insanı rahatlaşdırır. Əlbəttə ki, nəticədə sağlamlığa müsbət təsir edir”.

Lakin hədsiz çox ağlamaq zəiflik əlaməti olaraq qəbul edilir. Bu ətrafdakı insanları da qıcıqlandıra bilər. Ümumiyyətlə, insan həddindən çox ağlayırsa, bu hansısa bir psixoloji problemin göstəricisi də ola bilər.

İnsanın az və ya çox ağlaması isə xarakter xüsusiyyəti, yaşadığı həyat şərtləri və s. asılı olaraq dəyişə bilər.

Psixoloq Ruhəngiz Mehmanqızı bildirib ki, gözyaşı terapiyası zarafatyana deyilən bir termin deyil, ağlamağın faydası böyükdür. İnsanlar ayda bir dəfə ağlamaq üçün özlərinə uyğun vaxt və yer ayırmalıdır.
Ardı →

Göz yaşının səbəbi

Nə üçün insanlar emossinal hallarda ağlayır və ya digər səbəblərdən gözdən yaş gəlir?

İnsan Yaradanın şüurlu varlığı oldugundan- hiss, həyəcan,emosiyaya qapılma xüsusiyyətləri də insana xasdır.Əbəttə ki,bu zaman ruhun dincəlməsi üçün qeyri ixtiyari gözdən yaş çıxır… Məhz buna görə də bir çoxlarımız, əsasən də qadınlar istər sevincli istərsə də kədərli olduqları anlarda öz hisslərini ağlayaraq büruzə edirlər.


Ardı →

Göz yaşı

Sevincli anlarımızda, kədərli zamanlarda göz yaşlarımızı tuta bilmirik. Səbəbləri çox dəyişik olsa da bütün bu kimi hadisələr qarşısında gözlərdən axan damlalar ruhi bir boşalma təmin edir.

İnsan ağladıqca açılır, özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və davamlı nəmli qalmasını təmin edir.  Gözümüzdə mükəmməl bir göz yaşı daşıma və boşaltma sistemi vardır.

Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömrü boyunca 250 milyondan çox göz qırpması mənasına gəlir.

Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i  sudur. Geri qalan qisimdə duzlar və digər maddələr toplanır.


Ardı →