Göz yorğunluğunu aradan qaldıran təbii üsullar

“Gözlər qəlbin aynasıdır” bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. 

Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.

Bu barədə həkim-fitoterapevt Ulduz Hüseynova məlumat verib.

Həkim göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışıb: “Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.
Davamı →

Gözdə yorğunluq

«Kompüter sindromu» olaraq bilinən göz yorğunluğu uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanır. Bundan əlavə normal kitab oxuya bilməmək, televiziya verlişlərini çoxlu seyr etmək, çoxlu əl işləri etmək gözə mənfi təsir göstərir.

Göz yorğunluğu zamanı qeyri-səlis görmə, gözdə qızartının olması, göz səğırməsı, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. ola bilər.

Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları  olur. Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.

Göz yorğunluğunda  quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür. Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz səyirməsi yorğunluq davam etdiyi müddətcə təkrarlana bilər.


Ardı →