Dərinin mükəmməlliyinə aparan yol

Bədənin soyulması dəridə ölü dəri hüceyrələrini və onların təbəqələrini, məsamələrdə dərin olan kir hissəciklərini çıxarmaq prosedurudur. Bədənin təmizlənməsinin bir neçə üsulu var, ancaq turşu soyulması ən populyar hesab olunur. Bu prosedurun asanlığı, yüksək məhsuldarlıq, minimal toxuma zədələnməsi və sürətli, heyrətamiz bir nəticə ilə əlaqədardır.
Turşu qabıqları yalnız bədənin estetik mükəmməlləşməsi üçün deyil (hamiləlikdən sonra qırışları, piqmentasiyanı, uzanma izlərini aradan qaldırır, epidermisin kölgəsini və topoqrafiyasını hamarlayır), həm də terapevtik məqsədlər üçün istifadə olunur. Bir dermatoloq tərəfindən təyin olunan soyma kursu bəzi dəri xəstəliklərindən (günəş keratozu, sızanaq, sızanaq) qurtulmağı bacarır.                                                                    
Davamı →

Gözəllik üçün gül suyu

gul suyuTəbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur. Qızılgül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçək hesab olunur. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yaymaqdan əlavə, gözəlliyi qorumağa da xidmət edir.

Keyfiyyətli gül suyu qədim İran və Misirdə çox dəyərli hesab olunurdu. Deyilənlərə görə, gül suyu Kleopatranın da ən çox istifadə etdiyi gözəllik məhsulu olub.
Davamı →

Qışın gözəllik sirləri

Soyuq qış aylarında külək, şaxta, rütubətli hava və yağıntılar qadın üçün arzuolunmaz hallar yaradır, gözəlliyin qorunması sahəsində onlara çətinlik yaradır.

Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.

Dermatoloqların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.
Davamı →

Payızda dəriyə qulluq

Payız dəriyə, saçlara qulluq üçün ən yaxşı mövsümdür. Biz də sizin üçün bir neçə ideya topladıq ki, bu mövsümdən bütünlüklə razı qalasınız və evdə rahatlıqla özünüzə əsl “qulluq ziyafəti” verəsiniz.

Nəmləndirmə
İsti mövsümdən sonra dərini daha çox qidalandırmaq və sakitləşdirmək lazımdır. Çünki yaxşı qidalanmış və nəmləndirirlmiş dəri zərərli maddələri dəridən uzaqlaşdırır və dərini “düşmən”lərdən qoruyur. Buna görə də, nəmləndirmə, qidalandırmaq, bərpaetmə mövzusunda nə qədər yaxşı bələd olduğunuz vasitələr – kremlər, mineral sular, maskalar varsa, dərinizə uyğununu seçib, istifadə edin.
Davamı →

Yayda dəriyə qulluq | 7 qayda

Gün şüaları dərinin daha tez qocalmasına səbəb olur. Tibdə hətta xüsusi termin «fotoqocalma» (günün təsirindən qocalma) var. Əksər kosmetoloqlar dərisinin cavanlığını və gözəlliyini qorumaq istəyən qadınlara «zaqar» etməyi tövsiyə etmir, əksinə dərini gün şüalarından mümkün qədər qorumağa cağırırlar.

Yay aylarında dəriyə qulluğun əsas 7 qaydası:
1. Susuzlaşmaya yol verməyin. Gün ərzində kifayət qədər su için. Bu dərinin vəziyyəti üçün olduqca vacibdir.
Davamı →

Sarıkök maskası

Təbii antibakterial olan zərdəçaldan (sarıkök) həm civzələrin yox edilməsi, həm də dərinizin parlaq və sağlam saxlanılması üçün istifadə edə bilərsiniz.

Zərdəçal maskası üçün lazım olan məhsullar:
— Orqanik (təbii) alma sirkəsi
— 1/2 çay qaşığı zərdəçal tozu
— 1 yemək qaşığı təbii bal
— Süd
— Pambıq
Davamı →

20 yaşlarında dəriyə qulluq rutini

Önünüzdəki yaşlarda ləkə və ya qırışıqlıq kimi dəri problemlərilə qarşılaşmaq istəmirsinizsə dərinizə gənc ikən yaxşı baxmağınız lazımdır. Yuxu rutini, yemək vərdişləri, zərərli maddə qəbulu kimi bir çox vasitələrdən təsirlənən dərinizə 20 yaşlarında qulluq etməyə başlasanız, gələcəkdə daha hamar və gənc dəriyə sahib olacaqsınız.

“Bəs bu yaşlarda dərimə necə qulluq etməliyəm?” sualını verirsinizə, cavabını yazının davamını oxumaqla biləcəksiniz.

Üz təmizləyicinizi dəyişdirin
Məktəb vaxtlarından istifadə etdiyiniz təmizləyici sabunların əvəzinə, artıq krem tərkibli üz təmizləyicilərinə üstünlük verməlisiniz. Üzünüzü zədələmədən makiyaj qalıqlarını çıxaran üz təmizləmə südləri krem tərkiblərilə dərinizi qidalandırar və nəmləndirər.
Davamı →

Limonun üz dərisinə 5 faydası

Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur. Dəriniz yağlıdırsa hər səhər və axşam üzünüzü limon dilimi ilə silin. Bu sadə prosedurun bir çox faydası var:

1. Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir.

2. Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir, civzələr və sızanaqların azalmasına kömək edir.
Davamı →