Şaxtalı havada dəriyə necə qulluq etməli?

— Mütəxəssislər şaxtalı havalarda üzün və əlin dərisini tərkibində spirt olan vasitələrlə silməyi məsləhət bilmirlər. Onlar müxtəlif losyonları qış aylarında süd və ya qliserin tərkibli üz təmizləyicilərlə əvəz etməyi məsləhət bilirlər.

— Şaxtalı havalarda vanna və buxar qəbul eləmək də məsləhət görülmür. Çünki qaynaq su vannasından sonra qış aylarında dəri məsamləriniz daha da dərinləşəcək. Üzünüzü isti su ilə yuyub krem çəkə bilərsiniz, amma bunu etdikdən sonra ən azı 2 saat evdən bayıra çıxmaq olmaz.
Davamı →

Mezoterapiya

Yaşından daha gənc, təravətli və gözəl görünmək hər bir qadının arzusudur. Xüsusilə də 30 yaşlarına qədəm qoyan xanımlara artıq bu haqda düşünməyi tövsiyə edirik.

Qırışların qabağını almaq və dəri nöqsanlarını aradan qaldırmaq üçün profilaktik və korreksiya edici metodlardan biri olan mezoterapiya çox yaxşı kosmetik effekt verir. Mezoterapiya zamanı vitaminlər, minerallar, aminoasitlər, enzimlərdən olan qarışıq mikroinyeksiyalar şəklində dərinin orta təbəqəsinə vurulur.

Mezoterapiya bütün dünyada cavanlaşma, arıqlama və həmçinin sellülit, saç tökülməsi, strialar, ləkələr, çapıqlar və s. dəri və saç problemlərinin müalicəsində çox geniş bir şəkildə istifadə olunur.
Davamı →

Alma sirkəsi ilə gözəlləşin

Çoxları alma sirkəsinin saçlara müsbət təsir göstərdiyini bilir. Amma onun dəri üçün də faydası da şübhəsizdir.

Kosmetoloqlar dəri problemləri olanlara bu məhsuldan faydalanmağı tövsiyə edir. Alma sirkəsinin tərkibində ölü hüceyrələri təmizləyib dərini yeniləyən alfa-hidroksid turşusu var. Yeri gəlmişkən, bu komponentdən tanınmış markaların bahalı kosmetik vasitələrində də istifadə olunur, lakin o, alma sirkəsində daha çoxdur.

Alma sirkəsinin dəriyə faydalarını saymaqla bitməz. Belə ki, dəri yağlılığını tənzimləyib normallaşdırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini nəmləndirir.

Alma sirkəsini qaynanmış su ilə qarışdırıb pambıq disklərlə üzünüzü silin. Sirkə piqment ləkələrini də dəridən təmizləyir. Bunun üçün sirkəli pambıq disklərini piqment ləkələrinin üstünə qoyub, 20-30 dəqiqə saxlamaq lazımdır.

Nəzərə alın ki, mağazalarda satılan sirkələr dəridə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, yalnız təbii alma sirkəsindən istifadə edin.
Davamı →

Südlə dəriyə qulluq

Süd dəri üçün də gözəlləşdirici təsirə sahibdir. Keçmiş Misir və Yunan qadınları südü dəri üçün gözəllik vasitəsi kimi istifadə edirdilər.

Kleopatra süd vannası qəbul edir, yunan qadınları gözəllik üçün qatıqdan istifadə edirdilər. Süd yanıq müalicələrində də istifadə olunurdu. İçərisindəki A, D və  E vitaminləri ilə süd, dərinin gənc qalmasını təmin edən təbii bir nəmləndiricidir


Ardı →

İdeal dəri rəngi

Dərinin gözəl qaralması üçün müəyyən pəhriz vacibdir.

Belə ki, müəyyən məhsullar vardır ki, onlar meloninin istehsalını stimullaşdırır və tunc rəngli dərinin uzun müddət qalmasını təmin edir. Beləliklə dərinin təbii qaralma prossesinə kömək edən 5 əsas inqrediyent var:

— Amin turşuları — tirozin və triptofan. Onlar dəriyə qaralma piqmentini verən meloninin istehsalını stimullaşdırırlar.

— Dərini sərbəst radikallardan qoruyan beta- karotin. O, orqanizmin yanıqlardan, şüalanmadan təbii müdafiəsini aktivləşdirərək, hüceyrələrin membranlarının dağılmasının qarşısını alır.

— E vitamini ən güclü antioksidant olaraq, sərbəst radikallardan müdafiəni təmin edir və dərini vaxtından tez qocalmadan qoruyur.
Ardı →

Buz gözəlləşdirir


Buzun cildinizi gözəlləşdirdiyini və hətta 16-cı yüzillikdə belə, dəriyə qulluq vasitəsi kimi istifadə edildiyini bilirdinizmi?

16-cı yüzillikdə Fransız kralı II Henrinin sevimlisi Diana de Poitiers təkrarsız gözəlliyinin sirlərindən biri olaraq buzdan istifadə edib.

Buz cildin gənc qalmasını təmin edir. Poitiers kraldan 20 yaş böyük olmasına rəğmən, məhz buz sayəsində daha gənc görünməyi bacarıb.

Bəs buz niyə gəncləşdirir?
Buz dəri metabolizmini və qan dövranını sürətləndirir. Təbii olaraq dərini təmizləyir və nəmləndirir. Qısa müddətdə cildin elastikliyini artırır, hamar edir və yaşlanmanın təsirlərini azaldaraq təbii bir parlaqlıq qazandırır.
Davamı →

Üz dərisinin pilinqi

Pilinq — hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda, 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.

Pilinq sözü — qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilingin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.

Yüngül pilinq — meyvə turşularının əsasında baş verir. Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s kimi turşu məhlullarıdır. 

Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o, xəstə və solğun görkəm alır.

Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.
Ardı →

Eşşək südündən gözəllik maskaları


Gözəlliyi ilə tanınan Misir kraliçası Kleopatranın istifadə etdiyi eşşək südündən hazırlanan dəri üçün maskalar xanımları bir çox dərddən xilas edir. Belə ki, sızanaq, qara nöqtə və ləkələri aradan qaldırır.

Türkiyənin bir kosmetika firması tərəfindən istehsal edilən eşşək südü dəri gözəlliyinin qeydinə qalan qadınların diqqətini çəkib.

Əfsanələrə görə, Misir kraliçası Kleopatra da eşşək südündən dəri gözəlliyi üçün istifadə edib. Hazırda ransız kosmetika şirkəti ilə əməkdaşlıq edərək maskanın tərkibini dəyişdiriblər.

Maskanın tərkibində B və D vitaminləri var. B vitamini dərini parıltılı edir, D vitamini isə ərini yeniləyir və qidalandırır.
Davamı →