Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.

Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.

Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:

1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.
Ardı →

Saçlarımız üçün hansı vitaminlər mütləqdir?

Sağlam saçlara sahib olmaq  üçün orqanizm  bütün lazımı elemtləri almalıdır.

Həmçinin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün xüsusi pəhrizlər vardır ki, onlar saçların inkişaf və möhkəmləndirilməsini təmin edir.

Saçlara hansı vitaminlər lazımdır sualına ən yaxşı cavab — balanslaşdırılmış qidadır. Təbii ki, hər birimiz xüsusi vitamin komplekslərindən də istifadə edə bilərik, yalnız  qida məhsulları olan meyvə və tərəvəzdən aldığımız elemet və vitaminlər, orqanizm tərəfindən daha çox və yaxşı mənimsənilir.

Birincisi bilməlisiniz ki, qida rasionunuzda  mütləq -zülallar olmalıdır. Məlumdur ki, zülal orqanizm və saçlar üçün bünövrə materialı sayılır.


Ardı →

Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir. Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.

Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır. Ozonoterapiya — toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.

Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) — cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.
Ardı →

Dolğun dodaqlar

Üzdə ən çox diqqət çəkən dodaqlar qadınların da ən çox fikir verdiyi hissələrdən biridir. Demək olar ki, bütün qadınlar daha dolğun və həcmli dodaqlar arzulayır. Hətta buna nail olmaq üçün müxtəlif sınaqlar da həyata keçirilir.

Kimisi bunun üçün estetik əməliyyata girir, kimisi isə müxtəlif makiyaj hiylələri ilə bu işi həll etməyə çalışır. Bu üsullar içərisində sağlamlığa heç bir mənfi təsir göstərməyən təbii ki, makiyaj təklifləridir.

Mütəxəssislər isə xanımlara bu mövzuda faydalı məsləhətlər veriblər. Aşağıda deyilən təkliflərə əməl etməklə xəyallarınızda olan dodaqlara sahib ola biləcəksiniz.

Dodaqları dolğun və qalın göstərən təkliflər
Dodaq rənginizə uyğun bir kosmetik karandaş seçərək dodaq xətlərini qalın vəziyyətə gətirə bilərsiniz.
Kosmetik vasitələr təklif edən şirkətlərdə dodaqları daha da həcmli göstərən dodaq boyaları satılır, bu vasitədən istifadə edərək dodaqlarınızı həcmləşdirin.
Dodaqlarınıza tünd dodaq boyası əvəzinə canlı və parlaq rəngləri vurun. Beləcə dodaqlarınız daha dolğun görünəcək.
Ardı →

Saç rənginə görə makiyaj

Makiyaj edərkən saç da dəri rəngi qədər vacibdir. Belə ki, saç rənginin açıq və ya tünd tonlarda olması makiyaja da təsir edir.

1. Tünd saç rəngi  — Saçlarınızın rəngi qara və ya tünd tonlardadırsa, çox tünd makiyaj olmaz. Tünd saçlar daha çox diqqət çəkdiyi üçün təbii makiyaja üstünlük verilməlidir.


Ardı →

Dərinin dərin təmizlənməsi

buxar vannasıDərinin dərin təmizlənməsi — bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir.

Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır!


Ardı →

Qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.

Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.


Ardı →

Permanent makiyaj (tatuaj)

tatuajBu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur.

Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar.


Ardı →

Piqment ləkələrlə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.


Ardı →

Dodaqların böyüdülməsi

Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) — hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Sadə görünməsinə baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şəraitində və yalnız çox yüksək dərəcədə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri peşəkarlıqla yerinə yetirilən bu əməliyyat dodaqların asimmetriyasına (əyriliyinə), üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər.

Dodaqların böyüdülməsi və onların korreksiya edilməsi əməliyyatının öz əks göstərişləri də vardır: istifadə edilən komponentlərin fərdi şəkildə uyğunsuzluğu; hamiləlik və laktasiya; əvvəllər keçirilmiş allergik şok; dəridə çapıqların əmələ gəlməsinə meyllilik; preparatın daxil edildiyi yerdə iltihabın olması; qanın laxtalanmasının pozulması; bədən temperaturunun artması; hər hansı bir xəstəliklərin kəskinləşməsi.


Ardı →