Qış fəslində dəriyə qulluq

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində «qoruyucu» («защитный») və «qış üçün» («зимний») qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.


Ardı →

Ənlikdən düzgün istifadə

Ənliyi üz quruluşuna görə çəkin
Makiyajı, gözəl görünməyi hər bir qadın sevir. Lakin düzgün, zövqlə geyinməyi və üz quruluşuna görə makiyaj etməyi qadınların əksəriyyəti bacarmır. Biz isə sizə bu gün ənliyi üz quruluşuna görə yanaqlara çəkməyi öyrədəcəyik.

Ənliyi üz quruluşunu nəzərə alıb çəksəniz, böyük burnunuzu kiçildə, geniş üzü dar edə, almacıq sümüklərinizi çıxıq göstərə bilərsiniz.

Yuvarlaq
Üz cizgilərinin nazik və uzun görünməsi üçün ənliyi yanaqlarınızn tam üstünə, fırça ilə “C” hərfi yazar kimi edin. Ənliyi saç diblərinə tərəf uzatmağı da yaddan çıxarmayın. Çənənizə də azca çəkə bilərsiniz.


Ardı →

Maskalarla gözəlləşən məşhurlar


Əksər məşhurların bahalı prosedurlarla gözəlləşdiyi söylənilsə də, onlar arasında təbii üsullara üstünlük verənlər də az deyil. 

Sofi Lorenin fikrincə, gözəlliyin açarı pomidordadır.
Pomidoru püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren bu qarışığı üzünə sürtür və bir saat gözləyir.
Bu üsulla həm dərsinin qocalmasının qarşısını alır, həm də parlaq görünməsinə kömək edir.

Sandra Bullok isə alma qabıqlarından maska kimi istifadə edir.
Onun sözlərinə görə, alma qabığı pilinq təsirinə malikdir və dəridəki hüceyrələrin yenilənməsini təmin edir.

Krsitina Aqilera isə parlaq dərisinin sirrini kartofda görür.
Hər gün çiy kartof dilimlərini dərisinə sürtən müğənni, bunun həm sızanaqlar üçün faydalı olduğunu, həm də parıltı verdiyini söyləyir. 

 
Davamı →

İlbizlə gözəlləşənlər

Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.

Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.

Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.


Ardı →

Gözəllik mənbəyi - Maya

Mayanın gözəllik mənbəyi olduğu hələ qədim zamanlardan məlum olub.
Misirli qadınlar hələ qədim zamanlarda gözəlləşmək üçün dərilərinə maya çəkirmişlər. Mayanın mikrob öldürücü xüsusiyyətlərini kəşf etdikdən sonra yara məlhəmi kimi istifadə edilib.

Mayadan yaraları dezinfeksiya üçün istifadə edilib. Mayanın tərkibində dərinin ehtiyacı olduğu hər cür vitamin və minerallar var. Xüsusən də qara nöqtələr və sızanaqlı dərilər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən təmizləyərək dərini aşırı yağlanmağa qoymur.

Gözəlliyin sirri həqiqətən də mayada gizlənib. Onunla saçlara masaj edə, süddə əridərək üzünüzə və əllərinizə çəkə bilərsiniz. Gözəlliyinizin ehtiyacı olduğu bütün lazımlı maddələrin olduğu mayanı mətbəxinizdən əskik etməyin.


Ardı →

Gözəlliyin düşmənləri

Çoxumuz bilmədən dərimizi korlayır və qocalmasını sürətləndiririk. Kosmetik məhsullar haqqında məlumatımız olmadığı üçün yanlış məhsullardan istifadə edirik. Lakin bilməliyik ki, bəzi kosmetik məhsullar nə qədər baha olsa da, istəklərimizi qarşılamır. Ən pis kosmetik məhsullara 5 məhsul daxildir.

Üz yumaq üçün sabun – Nə qədər bahalı və ya nəmləndirici özəlliyi olsa da, üzü sabunla yumağa son qoyun. Sabunun tərkibində kimyəvi yağların dərinin pH balansını yüksəltdiyi elmi təsdiqini tapıb. Yüksək bazlı pH sahib sabun dərinin təbii yağ təbəqəsini həll edir. Üzün təbii yağ təbəqəsinin azalması isə dərini qurudur.

Dərini su ilə yaşayan orqanizm kimi düşünün. Susuz yəni, nəmsiz qalan dəri cansız və qurumuş yarpaq kimi solğun görünür. Sağlam və parlaq dəri üçün üzünüzü qurudan sabunlardan istifadə etməyin. Dəri tipinə uyğun və tərkibində SLS olmayan təmizləmə geli və ya lasyon ilə dərinizi təmizləyə bilərsiniz.

Alkoqollu tonik
Bəzi üz toniklərinin tərkibində alkoqol da olur. Alkoqollu toniklər üzə təmizlik hiss versə də, dərimiz üçün yararlı deyil. Tonikin içində olan alkoqol, dərini bakterial infeksiyalara və qurumağa qoymayan təbii yağı yox edir. Dərinin təbii yağ təbəqəsinin pozulması ilə quruluq, aşırı yağlanma, çatlama, ya da ləkələrin düşməsi kimi hallar müşahidə olunur. Alkoqollu toniklər yerinə içində alkoqol olmayan toniklər yaxşı alternativdir. Alkoqolsuz toniklər dərini qoruyur, sakitləşdirir və təravətlənməsinə yardım edir.

SLS tərkibli üz təmizləyiciləri
Bir çox təmizləyi və şampunların tərkibində SLS (sodium lauryl sulfat) və ya SLES (Sodium Laureth Sulfate) var. SLS-lər dəridəki yağı həll etdiyi üçün dərini qurudur. Aparılan araşdırmalarda SLS tərkibli məhsulların dəridə irritasiyaya səbəb olduğu müşahidə edilib. Üz təmizləyici alanda tərkibini diqqətlə oxuyun və SLS olmayan təmizləyici məhsullar alın.


Ardı →

Saç uzadan maska

Bu il qısa saç modelləri dəbdə olsa da, xanımlar uzun saçları çox sevirlər. 

Kişilərin uzun saçlı qadınları daha cazibədar və seksual hesab etdiyini nəzərə alsaq, heç bir qadın uzun saça yox deyə bilməz. Lakin bəzi qadınların saçları gec uzanır və yaxud nazik olduğu üçün tez-tez kəsdirməli olurlar.

Saçınız gec uzanır və uzun saç cazibəsindən faydalana bilmirsinizsə, saçın tez uzatmaq üçün faydalı olan nar qabığı suyu ilə bağlı maska tövsiyə edəcəyik. 

Boymadərən, səna otu və döyülmüş nar qabıqlarını suda 30 dəqiqə qaynadın.

Bu suyu süzüb, lasyon halına gələnə qədər, küncüt yağı və çiy yumurta əlavə edərək qarışdırın. Saçların tez uzanmasını təmin edən bu məhlulla saçnızı tez-tez yuyun. 
Davamı →

2014 makiyaj dəbi

Bu mövsüm dodaqlar qırmızı, gözlər qara, dəri isə ağ olacaq...

Retro stilini xatırladan New Burlesque tərzi ilə daha çəkici olmağa hazırsınızmı? Bu mayikajda rəng çalarları yoxdur. Dodaqlar klassik qırmızı, gözlər isə qara rənglərə bürünücək.

Parlaq və qüsursuz dəri 
Dəri tonu mütləq açıq tonlarda olmalı, amma qətiyyən solğun olmamalıdır. Sonra gözlərə qara qələm və tuş çəkilir. Dərini qüsursuz göstərmək üçün tonal krem çəkmək şərtdir. Yaxşı olar ki, BB kremlərindən çəkəsiniz. Peşəkar makiyaj ustaları tonal kremi daha çox fırça ilə çəkməyə üstünlük verirlər. Fırça kremin hər tərəfə bərabər yayılmasını təmin edir və qalıcılığını qoruyur.

Sonra göz qapaqlarına tonal kremdən iki ton açıq korrektor çəkin. Göz içlərini də unutmayın. Parlaq və qüsursuz dəri üçün ənlik çəkməyə gərək yoxdur. Ənlikdən vaz keçə bilmirsinizsə, yumşaq tonlarda və krem fromasında ənliklə yanaqlarınıza rəng verə bilərsiniz.


Ardı →

Gözəllik iksirləri

Müxtəlif ölkələrdə qadınlar gözəlləşmək üçün yerli məhsullardan və ərzaqlardan istifadə edirlər. Siyahıda ən maraqlı və inana bilməyəcəyiniz gözəllik iksirləri verilib.

Avstraliya: Dəvəquşu yağı yaşlılıq əleyhinə istifadə edilir.

İrlandiya: Dəniz yosunu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Atlas dağları: Hassoul kosmetik gil kimi istifadə edilir.

Bali: Boreh gəncləşdirici müalicədə effektlidir.

Çexiya: Nettles saçı dolğunlaşdırmaq və qalınlaşdırmaq üçün istifadə edilir.

Cənubi Afrika: Rooibos çayı dəriyə qulluq üçün istifadə edilir.

Polinezya: Tamanu yağı şəfaverici bitki kimi istifadə edilir.

Qərbi Afrika: Shea yağı əl yumşaldıcı krem və günəşdən qoruyucu kimi işlədilir.

İndoneziya: Dəmirhindidən təbii dəri maskaları hazırlayırlar. O, dərini gözəlləşdirir və gəncləşdirir.


Ardı →

Parlaq saçlar

Saçlar üçün çeşidli yağlarla hazırlanan serumla parlaqlıq verə və daha sağlam görünməsinə şərait yarada bilərsiniz. Serumun hazırlanması üçün bu yağlar lazımdır: 

1 xörək qaşığı çobanyastığı yağı 

1 çay qaşığı qoz yağı 

2 xörək qaşığı aloe vera yağı 

1 çay qaşığı zeytun yağı 

Hazırlanması: 
Bütün yağlar qarışdırılır və qaynar su dolu bir qabın üzərində ilıqlaşana qədər gözlənilir.

Saç köklərindən saç uclarına tərəf çəkilir və 30 dəqiqə gözlədikdən sonra saç şampunla yuyulur.

Bu maska həftədə bir dəfə tətbiq edilməlidir. 
Davamı →