Gözəllik üçün ölümü gözə almış qadınlar

  • Qadın
Qadınlar üçün makiyaj və baxımlı olmaq yalnız bu gün deyil, keçmişdə də önəmli olub. Müasir dövrdəki qadınlar olduqca şanslı sayılır. Çünki keçmişdə qadınlar kosmetik məhsullar ilə fərqli bir təcrübəyə sahib idilər. 

Romalı qadınlar gözlərinin daha böyük və gözəl görünməsi üçün belladonna damlalarından istifadə edirdi. Belladonna insanı öldürə biləcək gücdə olan zəhərli bitki sayılırdı. Roma qadınları bunu bilə-bilə ondan istifadə edirdi.

Qədim Misirdə qırmızı dodaq boyası əldə etmək üçün ağlasığmaz yöntəmlərə əl atılırdı. Qiymətli daşları əzərək və ya bir xeyli toksin maddələri qarışdıraraq dodaq boyaları hazırlayırdılar. Bu da bir çox xəstəliyə, hətta ölümə səbəb olurdu.
Davamı →

Kleopatra reseptləri

Hamısının bir ucu Kleopatraya gedib çıxır
Kleopatra reseprtləriBir anlıq düşünək ki, bəşəriyyət kosmetika, parfümeriya, baxım və gigiyena vasitələrindən istifadə eləmir. Dünyanın estetik görünüşünü boş verin, bütün dünya iqtisadiyyatının vəziyyəti indi başqa cür olardı. 
Ən ucuzundan, canqurtaranından tutmuş, brendləşərək fantastik qiymətlərə satılan bu “min cür xırdavat”ın hər növü, hər çeşidi ən müxtəlif vaxtlarda, ən müxtəlif ölkələrdə, ən müxtəlif insanlar tərəfindən icad olunub, yaradılıb, ilkin versiyasından bu günki halına gətirilib. 
Ətirlər, bədən yağları, dodaq boyaları, sürmələr, ənlik-kirşan, təravətləndirici maskalar, sabunlar, tərönləyicilər, hətta qadın bezləri...

Bir gözəllik layihəsi ilə bağlı bütün bu məhsulların tarixçəsini araşdıranda, qəribə (əslində, onun həyatını bilən adam üçün qəribə gəlməməli idi) bir şeyə təsadüf elədim.
Ardı →