Görməni zəiflədən məhsullar


Orqanizmdə olan bütün orqanlar bir-biri ilə sıx əlaqədədir. Bu səbəbdən yediyimiz hər şey gözümüzə də təsir edir. Elm adamları zəif görən insanlara mənfi təsir göstərən məhsulların adını açıqlayıb.

Birinci yerdə buğda unundan hazırlanan ağ çörək gəlir. Bu məhsulda çoxlu miqdarda rafinəedilmiş nişasta var, hansı ki, mədəaltı vəzini daha çox insulin ifraz etməsinə səbəb olur. Bu isə göz almasına təsir edir və miyopiya yaradır.
Davamı →

Gözə limon sıxmaq doğrudurmu?

Olduqca uzun zamandan bəri insanlar, gözlərini daha parlaq və ağ hala gətirmək üçün bir çox üsul sınamışdır ancaq bu cür qulaqdan dolma məlumatların çoxu səhv olduğu qədər də zərərlidir. Bədəndə olan ən həssas orqanlardan biri olan göz, çöldən damladılan maddələr ilə daha yaxşı bir hala gəlməz.

Gözə limon ya da odekolon sıxmaq kimi xalq arasında məşhur olan bir çox tətbiq göz quruluşuna böyük zərər verərək, irəliləyən mərhələlərdə bir çox fərqli göz problemi yaşanmasına səbəb olmaqdadır.

Gözə limon damlatdığı və daha parlaq və ağ gözlərə sahib olduğu iddia edən bir çox insan vardır ki bu vəziyyət qismən doğrudur. Turşu dəyəri olduqca yüksək olan limon suyu gözə damladıldığında, gözün daha parlaq görünməsini təmin edər.

Ancaq limon suyunun gözdə meydana gətirdiyi ziyan ilə meydana gətirdiyi parlaqlıq da bərabərdir. Bir başqa deyişlə; gözünüzə limon suyu damlatdığınızda gözünüz nə qədər çox ziyan görsə, o qədər çox parlayacaq. Limon sıxılması ilə təmin edilən parlaqlıq da qalıcı deyil və bir neçə gün içərisində göz təkrar köhnə quruluşuna dönməyə çalışacağından parlaqlığın itməsinə səbəb olacaq.
Ardı →

Gözlərin sağlamlığı

Gözlərin sağlamlığı çox vacibdir, lakin görmə qabiliyyəti o qədər də ciddiyə alınmır. Ancaq müəyyən problemlər yarana bilər və əgər siz gözlərinizin sağlam olmasını istəyirsinizsə, o zaman 6 sadə üsula diqqət yetirin:

1. Gözünüzə toxunduqda, xüsusən də kontakt linzalardan istifadə edirsinizsə, əllərinizin təmiz olmasına diqqət yetirin, çünki gözlər asanlıqla infeksiyaya yoluxa bilər. Eyni zamanda, göz üçün istifadə etdiyiniz makiyaj vasitələrinin də təmiz olmasını və istifadə müddətinin bitməmiş olmasını yoxlayın.

2. Qidalanma da gözlərinizin sağlamlığına təsir edə bilər. Təzə meyvə və tərəvəzlər gözünüzü vitaminlərlə, xüsusilə E və C vitaminləri ilə və qoruyucu antioksidantlarla təmin edəcək.
Ardı →