Qadınlar kişilərdən güclü olsaydı…

  • Qadın
Son günlər Bakının mərkəzi küçələri etirazçıların nümayişinə səhnə olmaqdadır. İstər müxalifətin təşkil etdiyi aksiya, istər qadınların fəallığı ilə baş tutan “qadına şiddətə son” yürüyüşü “sabitliyi” pozaraq, yatmış şəhəri az da olsa silkələdi (oktyabr, noyabr 2019-cu il qeydləri). Keyləşmiş, süstləşmiş şəhər anlıq da olsa yuxudan oyandı. Belə sabitlik özü-özlüyündə havasızlıq və disfunksionallıq göstəricisi olduğu üçün, onun aradan qalxması da asan deyil. Bütün hallarda müsbət niyyətə köklənən hər növ hərəkətlilik, hərəkətsizlikdən yaxşıdır.

Davamı →

Güclü xanımların ortaq xüsusiyyəti

Hamımız onlarla rastlaşmışıq, addım atdıqları hər yerə işıq saçan, güclü xanımlar. Daxil olduqları hər məkanı öz enerjisi ilə isidən, öz dəsti xətti ilə seçilən, parlaq xaraketerli, güclü olduqları qədər də zərif xanımlar.Zahiri görünüş və fiziki gözəlliyin önəmi danılmaz olsa da, arzuolunan və güclü xarakterə sahib qadınları birləşdirən bir neçə ortaq cəhət də vardır. Budur, güclü qadınların 9 ortaq xüsusiyyəti:

Davamı →

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

  • Qadın
Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər
Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.
Davamı →

Güclü zəriflər

Qadın böyük qüvvədir. Kişilər bunu çox yaxşı başa düşsələr də, uzun illər ərzində onlar siyasətdə olan zərif cinsin nümayəndələrini heç də ciddi qəbul etməyiblər. Amma tarixən bir çox güclü qadın böyük işlər üçün qabiliyyətinin çatdığını sübuta yetirib. Dünya siyasət tarixinə adlarını qızıl hərflərlə həkk etdirən 10 ən güclü qadını daha yaxından tanıyaq.

Kleopatra (e.ə. 69 – e.ə. 30)
Misir yalnız piramidalar, məbədlər, tarixi abidələr, sfinkslər və miflər ölkəsi deyil. Misir qədim zamanlardan bəri taxt üstündə ciddi mübarizələr aparan, müharibələr edən rəhbərlər ölkəsidir. Bu rəhbərlərdən biri Misir tarixində özünəməxsus yeri olan Kleopatra hakimiyyətə çox gənc yaşda (16 yaşında) gəlir. Amma gənc xanım çiyinlərinə düşən yükün fərqində idi. Çünki yalnız dövləti idarə etməli deyildi, həm də özünü qorumağı bacarmalı idi. Yaxşı təhsil almış, özünə əminliyi ilə tanınan Kleopatranın ətrafdakılar üzərində güclü təsiri vardı. O, Romanı özünə tabe etmək üçün bir-birinin ardınca imperatorları yoldan çıxarmağa çalışır. Onun Yuli Sezar və Mark Antoni ilə olan sevgi macəraları çox məşhur idi. Bu münasibətlər sayəsində o, hakimiyyətini möhkəmləndirir, özünün və varislərinin gələcəyini sığortalayır. Misirli qadın hökmdar ilan sancmasından vəfat edir və sonuncu sevgilisi Mark Antoninin yanında dəfn olunur.


Ardı →

Zərif qadınların güclü tərəfləri

“Forbes” jurnalı hər  il dünyanın ən güclü qadınlarının siyahısını təqdim edir. Bu dəfəki siyahıyda da 100 ən güclü iş qadının adı yer alıb.  Siyahıda olan ilk beşliyi sizə də  tanıyın .

Mary Barra Amerikan avtomobil istehsalçısı General  Motorsun (GM) direktoru olan bu xanım siyahıdakı ilk yerə sahiblik edir. 52  yaşlı Mary Barra bu şirkətdə adi elektrik mühəndisi kimi fəaliyyətə başlamasına  baxmayaraq, direktor vəzifəsinə qədər yüksəlməyi bacarıb. İndi bir çox kişinin  həsrətində olduğu güc sahibidir.

mary-barra-01-medium


Ardı →