Çiçəklərin ətir və rəngləri

  • Flora
Yaşıl çəmənin əlvanlığı son dərəcə cazibədardır. İsti yay günündə buludsuz səma altında güllərin parlaq rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz, tanış və sevimli mənzərə yaradır. Ağ qamətli birəotu, bənövşəyi, utancaq zəngçiçəyi, al-qırmızı qərənfillər… Təbiət insandan ötrü necə rəng müxtəlifliyi, qəribə naxışlar, gözəlliklər yaradılıb!

Təkcə insan üçün? Dostlar, bu sualın üzərində dərindən düşünmək lazımdır. İnsan Yer üzündə yaxın keçmişin qonağıdır. Tutqun simalı, təbiətin gözəlliyini hələ duya bilməyən əcdadlarımız mağaralarda gizlənən zaman çəmənlərdə güllər açır, onların üzərinə nektar və tozcuq toplayan həşəratlar qonurdu. Milyon illər əvvəl bitkilərin əksəriyyətində görkəmsiz, balaca, tozcuğu küləklə yayılan çiçəklər olub. Lakin tədricən bitkilər və həşəratlar bir-birinə uyğunlaşıb.
Davamı →

Çobanyastığı günəş çiçəyidir

  • Flora
Çobanyastığı gözoxşayan, cazibədar bitkidir. Onu adətən “utancaq”, “çöl çiçəyi” kimi epitetlərlə müşayiət edirlər. Lakin çələng hörəndə, buket bağlayanda onsuz ötüşmək çəkindir. Bu bitkinin çiçəyinin forması çətirə oxşayır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan onun altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayar. Yağış damlaları çobanyastığı çətiri döyəclər, ləçəklərindən süzülüb axar, çırtdan isə tamamilə quru qalar.

Çiçəyin adı latınca “romana” sözündən götürülüb. Orta əsr tibb ədəbiyyatında çobanyastığını “Roma çiçəyi” adlandırıblar. Bitkinin yunanca adı (“Leucanthemum”) isə “ağ çiçək” kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər. 
Davamı →

Zanbaq - Şərqin sehrli çiçəyi

  • Flora
Bir çoxlarının sevdiyi zanbaq və ya tülpan çiçəyinin adı “türban” mənasına gələn fars sözü “toliban”dan götürülüb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir. Zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilib və adına lalə deyilib. Türk soltanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açardı! Hər il şərq təmtərağı ilə zanbağa həsr olunan bayram mərasimləri keçirilərdi.

XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Bundan sonra zanbaq Avropanı fəth etməyə başlayır. Qısa bir müddət ərzində göz oxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanır. XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi.
Davamı →

Yasəmən gülü

  • Flora
Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir. Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir.

Bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi yerlərdə qışda yarpaqlarını tamam tökür. Yazın əvvəlindən payızın axırlarına qədər çiçək açan həmin növün kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı-qızılı çiçəkləri ilə göz oxşayır. Həmin növ dekorativ bitki kimi parkları bəzəyir.
Davamı →

Çiçəklər insan beynini müalicə edir

  • Flora
Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır.

Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzheimer xəstələrində beynin işinə müsbət təsir göstərir.
Davamı →

Orxideya gülünə qulluq

  • Flora
Əvvəlcə orxideyalara uyğun köklərinin də işıq ala biləcəyi şəffaf saxsı bir qab seçin.

Orxideyalar həftədə iki dəfə sulanmalıdır. Təmiz, ilıq və bir stəkan ölçüsündə su orxideya üçün idealdır. Yenə həftədə bir, ya iki dəfə orxideyanın yarpaqlarına su püskürtmək də çiçəyin ehtiyacını qarşılamasına yardım edər. Sulamaq üçün saf su qaynağından istifadə edin.

Orxideyanın nəmi azaldığında çiçəklərini itirməmək üçün özünü müdafiəyə başlayar və çiçək çıxarmazlar. Buna görə orxideyalar 40-70% arası nəmliyi olan məkanlarda saxlanmalıdır.

Təbiətdə yetişən orxideyalar 8-10 dərəcəlik gecə-gündüz istilik fərqində yaşayarlar. Buna görə gecə və gündüz istiliyi nizamlı olmalıdır.

Orxideyanın yarpaqları çəmən yaşılı tonlarında olmalıdır. Əgər çox tünddürsə, deməli, yetəri qədər işıq almayıb.
Davamı →

Nərgiz

  • Flora
Nərgiz baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisidir. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz-özünə yetişən 40-a qədər növü vardır. Bu bigülün adı Yunan mifologiyasında Narkissos adından gəlir. Mifologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi...

Nərgiz soğanağı zəhərli bəzək bitkisidir. Torpağın üzərində çıxaraq topa halına gəlir, incə uzun, sivri uclu və yastı yarpaqları vardır. Təqribən 50 sm boyundakı bu yarpaqların bəzi növlərdə 1 metrədək uzandığı da olur. Nərgiz çiçəkləri arıların köməyi ilə tozlanır.

Ana vətəni Avropa olan bu bitkilərin növ çoxluğuna İspaniya və Portuqaliyada rast gəlinməkdədir.
Davamı →

Yasəmən

  • Flora
Bir çox ölkələrin öz milli gülləri olduğu kimi yasəmən gülü də Filippin adalarına aid gül hesab olunur. Düz başa düşdünüz, yasəmən gülünün vətəni Filippin adalarıdır. 1937-ci ildə Filippin hökuməti yasəmən gülünü dövlətin milli gülü kimi təsdiq edbi. Bu ölkədə ən əziz qonaq əldə yasəmən gülü ilə qarşılanır.

Yasəmən gülü həm də Lənkəran dağlarında bitir. Bu gülün məhlulu ilə kompres etdikdə üzdə olan qara ləkələr solur və çox vaxt taməmilə təmizlənir. Yasəmən gülünün suyu ilə saçları yaxaladıqda saçlara parlaqlıq verir, günəş şüasından qoruyur. Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaraları və diş ağrısı zamanı istifadə edilir.

Çiçəklərinin suyu ilə yorğun gözlərin yuyulmasında istifadə edilir. Yasəmən gülünün ətri əsasən də qadınların əsəblərini sakitləşdirir. Yasəmən ətirli parfümlərdən istifadə etdiyimiz zaman həm ətrafdakılara xoş təsir bağışlayırıq, həm də bütün günü pozitiv oluruq.
Davamı →

Güllərin rəqsi

Çox zaman ətrafına göz gəzdirərək dəqiqliklə tikilmiş hündür qalaları, çoxmərtəbəli göydələnləri, gözəl evləri gördükdə bütün bunların insan əllərilə yaradılmasına inanmırsan. Və, əlbəttə, hazırda bu cür tikililər bir əsr bundan əvvələ nisbətən elə də təəccüb doğurmur. Ancaq istisnalar da mövcuddur! Məsələn, may ayında İspaniyanın Kordova şəhərciyinə getsəniz, müxtəlif bitkilərlə bəzənmiş qar kimi evlərə heyran qalacaqsınız. 
 
Davamı →

Bəndə düşən “ərköyün”

  • Flora

Adəmin minnətdarlıq gözyaşları
Zərif qoxulu, gözoxşayan rəngli bu çiçək əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, əfsanələr, rəvayətlər vasitəsilə dildən-dilə düşüb. Hətta bəzi əfsanələrə görə, bənövşə Tanrı qarşısında günahları bağışlanan Adəmin minnətdarlıq gözyaşlarından yaranıb.

Yunan əsatirlərində isə deyilir ki, Günəş allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızını şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə gizlədir. Zevsin qızları səmavi meşədə, kolluqda bənövşəni birinci dəfə görüb dərərkən onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salırlar. Bənövşələr yerə düşür və o vaxtdan yerdə bitməyə başlayır.

 


Ardı →