Patoloji gülüş

Belə hesab olunur ki, gülüş insan orqanizminin müdafiə mexanizmidir. Gülüş insanı psixiki gərginlikdən və stresdən azad edir.

Araşdırmalar göstərir ki, gülüş ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin riskini azaldır. Yaxşı yumor hissi olan insanlar stres, depressiya və s. nevroloji pozulmalardan daha az əziyyət çəkir.

Lakin bəzən gülüş xəstəliyin simptomu kimi meydana çıxa bilər. Təbii ki, burada söhbət idarə olunmayan, səbəbsiz, qeyri-təbii, patoloji gülüşdən gedir. Belə gülüş bu kimi xəstəliklərin simptomu ola bilər:
Davamı →

Çox gülən çox yaşayar

ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır.
Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.

Ardı →

Gülümsəyin,cənablar!

Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Bu halda gözlərinizin dövrəsindəki qırışların dərinləşməsi qorxulu deyil: çox yaşamaq xatirinə buna dözmək olar.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.
Ardı →