Günəş vannası haqqında hər şey

Yay fəslində günəş vannası qəbul edəndə müəyyən nüanslara fikir vermək lazımdır. Xüsusilə də gün ərzində günəş vannasının neçə saat və günün hansı vaxtlarında qəbul edilməsi vacib məsələdir. Böyüklər saat 4-dən, uşaqlar isə 5-dən sonra günəş vannası qəbul etməlidirlər.
Dermatoloqlar saat 11-dən 16-dək Günəş vannası qəbul etməyi məsləhət görmür, çünki həmin saatlarda ultrabənövşəyi şüalar daha şiddətli olur və dəri daha çox mənfi təsirlərə məruz qalır. Gün vannası qəbul edərkən günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır.

Günəş işığı müalicəsi və günəş vannası qəbul etmə qaydaları.


Davamı →

Günəş və ya piqment ləkələrinin çarəsi

Adından məlum olduğu kimi günəş və ya piqment ləkələri, əsasən xanımları olduqca narahat edən bir məsələdir. Müalicəsində müxtəlif vasitələr var, amma mən həmişə ən yaxşılarını və faydalısını yazıram ki, insanlarımızın bitkilərə güvəni azalmasın və zaman keçdikcə bitki aləmini daha da sevsin.

Deməli, ləkənin böyük və ya balacalığından asılı olaraq, 1 stəkan təmiz bala (yarım da götürə bilərsiz) 2 xörək qaşığı ud tozu (tozun tam üyüdülməsinə əmin olun) əlavə olunur və 15-20 dəqiqə qarışdırılır, bal krem halına gəlməlidir.
Davamı →

Günəleyhinə kremlərə təbii alternativlər

İllərdir ki, günəş şüalarının dəri xərçənginin səbəbkarı kimi təqdim edilir. Sonradan bu xəbərdarlığa aydınlıq gətirilərək bildirildi ki, əslində zərərli olan günəş şüaları deyil, günəş şüaları nəticəsində yararanan yanıqlardır. Həqiqətən günəleyhinə vasitələr dəridə qırışların və xərçəngin profilaktikası ola bilər lakin, unutmamalıyıq ki, SPF (Sun Protection Factor) tərkibli bu kremlər dərinin günəş şüalarını udaraq vitamin D sintez etməsinə mane olur. Sağlam sümüklər, ürək və immun sistemi üçün vacib olan vitamin D-nin ən əsas mənbəyi məhz günəş şüalarıdır. Hətta ən çox qorxduğumuz ultrabənövşəyi şüalar vitamin D-nin yaranmasında rolu olan dəri hüceyrələrinin stimullaşdırmaq üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, SPF 8 olan günəleyhinə kremlər günəş şüalarında vitaminin udulmasını 95% azaldır. Daha yüksək olanlar isə ümumiyyətlə günəş şüalarından olan faydanı sıfıra endirir.

America Tibb Asossiasiyasının (American Medical Association) 2009-cu ildə verdiyi hesabata görə bəzi individual xassələri çıxmaq şərti ilə insana həftədə 2 dəfə, saat 10-15 arası, 5 dəqiqəlik günlənmək minimal vitamin D dozasını almağa kifayətdir. Bəzi mənbələr isə gündəlik 10-15 dəqiqə günlənməyi tövsiyyə edirlər. Günəş şüalarının xüsusən uşaqlara faydası var, çünki, böyüyən bədənin kalsiuma olan ehtiyacları vitamin D olmadan ödənilə bilməz. Düzdür vitamin D-ni təkcə günəş şüalarından deyil həmçinin balıq yağını, yumurta sarısını, pendir, dana əti, portağal şirəsini rasiona daxil etməklə əldə etmək olar amma yenə də ən güclü mənbə məhz günəş şüalarıdır.
Davamı →

Günəş ləkələri

Kimyəvi üsullara müraciət etmədən əvvəl dəridəki ləkələrdən xilas olmaq istərdinizmi? Özümüzü günəşin isti qollarına etibar etməzdən əvvəl xüsusi qulluq vasitələrinə müraciət etməlisiniz. Dərini çox pis göstərən bu ləkələr sağlamlığa da ciddi problemlər yarada bilər.

Günəş ləkələri yaranmazdan əvvəl qarşısını almaq üçün qoruyucu maddələr istifadə etmək şərtdir. Üz, çiyin, sinə və kürək bölgəsində yaranan bu ləkələrin yaranmasına mane olmaq üçün aşağıdakı maskanı hazırlayın. Bu maska dərini günəşin mənfi şüalarından qorumaq üçün həm çox effetklidir, həm də dərini hamarlaşdıran təbii vasitədir.

Bir qədər cəfəri
Bir fincan qatıq
Bir qədər limon suyu

Bu ərzaqları yaxşıca qarışdırıb püre halına gələnə qədər qarışdırın,  üz və dekolte hissələrinə çəkin. 30 dəqiqə gözlədikdən sonra ovaraq təmizləyin. İlıq su ilə yaxalayın. Bu maskanı həftədə iki gün istifadə edin. Günəşə çıxarkən yüksək faktorlu qoruyucu kremlər istifadə etməyi unutmayın!
Davamı →