Öyrətməyin, göstərin!

Danışmağa nə var eh, dilin ki, sümüyü yoxdur?! Dediyin vəd yalan çıxanda da, dili verirsən qabağa ki, bəs Vallah, Billah mən elə şey deməmişəm, mənim xəbərim yoxdur. Yazıq dil…
Dil demişkən, bilirsiniz də, bizimkilər də dildən çox iti olurlar, təəsüf ki, əməldən də küt. Hamı danışır, dərs verir, məsləhət verir, nəsə öyrədir, baxmayaraq ki, heç özləri bu dərsdən, məsləhətdən heç bir şey öyrənməyiblər… mentalitet təlimlərindən savayı...

Cəmiyyət iki əks cinsin birləşməsindən yaranır və davam edir, bu çox adi və həm də mürəkkəb məsələdir.  Hər nə olursa olsun, bu belə olub, belədir və elmin inkişafına, süni doğuşların çoxalmağına baxmayaraq, bu təbii proses daha çox üstünlük təşkil edəcək. Yoxsa Siz mentalitet aşiqi valideyinlərin “Səni dükandan almışıq” hekayələriylə böyüyənlərdən və daha sonra bu “hekayələri” övladlarınıza danışanlardansınız? Ay-hay…
Ardı →

Dərd olmayan "DƏRDİMİZ"

Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa  səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli  yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə. 


Ardı →

Nənə,sənə qurban olum

Məktəbin qarşısında günəbaxan tumu, alça qurusu satan yaşlı xalanı demək olar ki, hər gün görürdüm. Satmaq üçün gətirdiyi tumun ağırlığı bir kilo ancaq olardı. Kiçik bir bazar çantası, sini, bir də kiçik taxta oturacağı… Bu da onun səyyar dükanı və sərmayəsi. Nə qədər də ölümə bənzəyir. Ölünün də kəfəndən və qəbir daşından başqa nəyi var ki?
Xala ikiqat olmuş halda, dalğın-dalğın bir satdıqlarına, bir də gəlib-gedənə baxır. Sərmayəsi 3-5 manat olar, ya da olmaz. Sərmayəsi 3-5 manat olan bir ticarətdə malın hamısını satsan belə qazanc nə qədər olar?
Bir gün “bir manat nədir ki?” –deyən birinə “Bir manatın nə olduğunu get, xaladan soruş! Soyuqdan çatlamış əlləri, qat-qat geydiyi corablarla isitməyə çalışdığı ayaqları və dalğın-dalğın baxan düşüncəli gözləri sənə anlatsın” deyəcəkdim, amma susdum…
Davamı →

Dövrümüzün ziddiyyəti

“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorehead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur.
“Dövrümüzn ziddiyyəti” essesi Murhedin 17 kilsə üzvü tərəfindən tərəfindən seksual cinayətdə təqsirləndirilməsi və kilsə rəhbərlərinin təzyiqi ilə 1998-ci ildə istefa verməsi ilə daha da ironikləşmişdir. Essenin müəllifliyini səhvən amerikan aktyor, komik və yazar Corc Karlin və 1999-cu ildə Columbine məktəbində baş vermiş atışmadan sonra həmin məktəbin şagirdinə aid edirlər.
Davamı →

Şəxsiyyəti qorumaq mübarizəsi

Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Alman dilində buna “nicht sehen, nicht horen und nicht sprechen” deyirlər. Yəni “görmürəm, eşitmirəm, danışmıram”. Azərbaycandakı dostlarımdan biri isə bu hadisəni mənə bir az zənginləşdirərək danışmışdı. Onun çəkdiyi misalda belə bir əlavə var idi: “görməməyi, eşitməməyi, danışmamağı qəbul edirəm, amma hiss etməməyimi istəmə, o mənlik deyil”.
Davamı →

Xoşbəxt ailə niyə dağıldı?

Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi.


Ardı →