Çaxoxbili

4-6 pay üçün
Ərzaqlar:
4 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı
(ərinmiş yağdan istifadə edirsinizsə, zeytun yağı lazım deyil)
1 toyuq (təxminən 1 kg 500 q),10 tikəyə bölün (istəyə görə, 12 yerə də bölmək olar)
3 ədəd orda boy soğan, nazik-nazik doğranmış (4 stəkan doğranmış soğan alınmalıdır)
6 ədəd yetişmiş pomidor, iri-iri doğrayın
5 diş sarımsaq, soyun və iri-iri doğrayın
1 çay qaşığı xmeli-suneli (Gürcü ədviyyat qarışığı)
Bir stəkan doğranmış keşniş (başqa göyərtilər də əlavə etmək olar – cəfəri, tərxun, reyhan, şüyüd)
Bir çimdik qırmızı acı toz-bibər (mütləq deyil)
Duz və istiot.

Hazırlanması:
Yağı iri, yündür tavada yağı əridin. Üstünə zeytun yağı tökün ki, yağ yanmasın. Soğanı yağda qızardıb, kənara qoyun, amma yağ tavada qalsın.
Toyuğu tavaya əlavə edib yağda hər tərəfini bir az qızardın.
Davamı →

Alma acikası

Acika – gürcü mətbəxinə aid çox ləzzətli sousdur. Ondan quş və ya mal əti ilə hazırlanan yeməklərdə istifadə edilir. O qədər dadlıdır ki, hətta yanında heç bir şey olmasa da çörəyə çəkib yemək olar.

Davamı →

Meqrelsayağı Xarço supu

Ərzaqlar:
Mal əti qabırğası və ya döş əti – 1 kq.
Yumru düyü – 1 st.
Su – 1,5 – 2 litr
Baş soğan – 5 ədəd
Cəfəri – 1 dəstə
Sarımsaq – 3-4 diş
Qurudulmuş alça – 6-7 ədəd və ya pomidor – 4-5 ədəd
Duz-istiot
Dəfnə yarpağı – 2 ədəd
Üyüdülmüş qoz – 1 st.
Gürcü ədviyyatları: keşniş, xmeli-suneli, zəfəran – hər birindən – 0,5 ç.q.
Davamı →

Ən asan Xaçapuri

Səhər nə yeyim? deyənlər üçün çox dadlı bir resept: Tavada, 5 dəqiqəyə hazır olan ən sadə xaçapuri! Xəmirlə “oynamağa”, soba yandırmağa heç gərək də yoxdur!

Ərzaqlar:
Yumurta – 1 ədəd
Süd – 1 st.
Un – 1 st.
Bərk pendir – 300 qr.
Soda – 0,5 ç.q.
Sirkə – 1 ç.q.
Duz – bir çimdik.

Hazırlanması:
Yumurta sındırılır, çəngəllə çalınır, üzərinə süd tökülür, qarışdırılır, duzlanır. Un, sirkəli soda da əlavə edilir və xəmir yoğrulur. Bərk pendir sürtgəcdən keçirilir. Xəmirə əlavə edilir, qarışdırılır. Xəmir bitki yağı tökülümüş tavada hər iki üzü qızarana kimi bişirilir. Budur, asan xaçapurimiz hazır, nuş olsun!
Davamı →

Gürcüstansayağı toyuq resepti

Satsivi ilə (qoz pastası ilə) toyuq – bu resept gürcü mətbəxinə aiddir, çox məşhur, dadlı və bir qədər də bahalıdır! Bu cür üsulla toyuğu dadan bir də başqa toyuq yeməyi istəmir.

Ərzaqlar:
Toyuq – 1 ədəd (iri)
Qoz ləpəsi – 500 qr.
Sarımsaq – 7 diş
Çox kəskin acika – 3 x.q.
Satsivi (qoz pastası) üçün ədviyyat qarışığı – 2 ç.q. (marketlərdə paket şəklində satılır)
Duz – zövqə görə.

Davamı →

Xarço

Tərkibi:
Mal əti (və ya qoyun əti): 600 q.
Baş soğan: 2 ədəd.
Orta ölçülü kök: 1 ədəd
Pomidor: 4 ədəd
Yaşıl bibər (şirin): 2 ədəd
Acı bibər: 1 ədəd
Sarımsaq: 3 və ya 5 diş
Yumru düyü: 4 qaşıq
Təmizlənmiş qoz ləpəsi: 1/2 stəkan
İstiot (əzilməmiş): 5-10 ədəd dənəcik
Davamı →

Tbilisi salatı

Tərkibi:
1 banka konservləşdirilmiş qırmızı lobya
200-250 qr qaynadılmış mal əti və ya toyuğun döş əti (mal ətidirsə 300 qr yağsız yerindən götürüb, duzlu suda qaynadırıq)
1 ortaboy qırmızı baş soğan
Acı bibərin yarısı
1 ədəd qırmızı bolqar bibəri
2-3 diş sarımsaq
50 qram qoz ləpəsi
Keşniş
Qara istiot
Davamı →

Gürcü xəngəli

Gürcü xəngəlinin xəmirini hazırlamaq üçün:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içini doldurmaq üçün:

• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Davamı →

İstiotlu gürcü mətbəxinə səyahət


Gürcüstan Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.

Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.


Ardı →