Gəlinlik seçərkən bunlara diqqət edin

  • Qadın
Gəlinliyiniz, həyatınızın ən əhəmiyyətli günü üçün alacağınız geyimdir və buna görə də mükəmməl olmalıdır. Doğru gəlinliyi seçmək üçün diqqət yetirməniz lazım olanlar…

Gəlin paltarı axtarışına nə vaxt başlamalıyam?
Əgər mümkünsə toyunuzdan səkkiz ay və ya bir il əvvəl bu mövzunu düşünməyə başlayın. Bu zamannan daha əvvəl başlamaq yeni kolleksiyaları qaçırmanıza səbəb ola bilər.

Gəlin paltarılarını primerka etməzdən əvvəl nə istdədiyimi təyin etməliyəmmi?
Danışdığınız satış məsləhətçisinə görüş təyin edərkən, mümkün olduğunca nə istədiyinizə dair məlumat verin. Əgər bilmirsinizsə narahat olmayın! Xoşunuza gedən modellərin şəkillərini yanınızda aparın amma yenə də sınaqlara başlayana qədər modellər mövzusunda açıq fikirli olun.

Gəlinlik seçiminə kimlə getməliyəm?
 Əgər gəlinlik seçiminə kimləsə gedəcəksinizsə bu inandığınız bir rəfiqəniz, ya da bir qohumunuz olmasına diqqət yetirin. Nə geyməniz lazım olduğu mövzusunda gərəyindən çox fikir eşitmək sizin fikirlərinizi qarışdırıb, canınızı sıxa bilər. Ayrıca seçdiyiniz gəlinliyi gizli tutmaq, böyük gününüzün sürprizi olaraq qala bilməsi baxımından da əhəmiyyət daşıyır.
Davamı →

Gəlinliklər | Mənfi və müsbət cəhətlər

Ailəni düşündürən ən əsas məsələlərdən biridir desəm hər halda mənimlə razılaşarsınız. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı  gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qisim isə əksini düşünür. Bunu azacıq da olsa, aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq.
Davamı →