Gəlinlərin 10 sualı

???Gəlinliklə bağlı sualları Türkiyəli modelyer Sezanur Akar cavablandırıb. 

Gəlinlik libasını hansı tərəf almalıdır? 
Adət-ənənələr görə gəlinlik libasını oğlan tərəf alır. Bu həm bir jest, həm də ailə üzvlərinin bir-birini tanıması üçün yaxşı fürsətdir. Ancaq bəzən gəlinlə bəy aralarında məsləhətəşib gəlinliyi və bəylik geyimini özləri alır. Belə bir arzunuz varsa, qarşı tərəfə əvvəlcədən deyin. 

Gəlinlik seçməyə qaynana ilə getmək şərtdirmi? 
Əgər gəlinliyi oğlan evi alırsa, bəli. Gəlinlik seçimində qaynananız da ananız kimi çox həyəcanlanacaq və gəlinlik almağa gedərkən sizin yanınızda olacaq.
Gəlinlər qayananları ilə ilk davalaranı və mübahisələrini gəlinlik almağa gedərkən yaşayır. Qaynananı bundan kənarlaşdırmaq və uzaq saxlamaq isə başqa problemlər yarada bilər. Ən yaxşısı orta yolu tapın. Ürəyinizdən keçən seçimi edərkən yaxınlarınızın da fikrini nəzərə alın. 

Gəlinliyi toy gününə qədər necə saxlamaq lazımdır? 
Gəlinliyi toyun gününə qədər əmanət edəcəyiniz ən güvənli yer, aldığınız moda evinin özüdür. Ancaq belə bir şansınız yoxdursa, gəlinliyinizin təmiz qalması və qırışmaması üçün ona uyğun geyim qılıfının içində asılı biçimdə qala ya da düz yerdə saxlaya bilərsiniz.
Ardı →

Gəlinliyinizi bürcünüzə görə seçin


Gəlinliyi bürcünə görə seçsən toyunda daha cazibədar görünərsən.

Qoç – alov ünsürlü olduqları üçün iddialı paltarları sevirlər. Sadə və işıltılı geyimlərə üstünlük verir.

Buğa – bel və sinə dekoltelərini çox xoşlayırlar. Gözəllik adına hər cür detalın gəlinlikdə olmasını arzulayır.
 

Əkizlər – fərqli və sadə modelləri xoşlayır. Ancaq bəzən bu bürcün qadınları başqalarının təsiri ilə çox cəlbedici gəlinlik seçə bilərlər.

Xərçəng – şifon və əl işlərindən ibarət romantik görünüşlü parçalara üstünlük verir.
 

Şir – şahzadə kimi görünmək istəyirlər. Təntənə onlar üçün vazkeçilməzdir.

Qız – sadəliyi sevir. Özlərinə qarşı sonsuz güvəni olur. Seçdikləri parçalar ilə şık zövqlərini biruzə verirlər.
 

Tərəzi – əl işləri ilə bəzənmiş don və fata, qabarıq ətək, uzun quyruq və daşlarla bəzənmiş gəlinlik arzusundadır.

Əqrəb – qabarıq ətək, zərif və romantik görünüşlü gəlinlik seçir. Çiçək və daşlarla bəzənmiş gəlinliklərdə onların maraq dairəsinə daxildir.
 

Oxatan – fərqli paltarları sevirlər. Təntənəli gəlinlik onların arzusudur.

Oğlaq – saraylara layiq bir təntənə istəyirlər. Modern üslüb və quyruq mütləqdir.
 

Dolça – tarixi geyimləri xatırladan gəlinlik axtarır. Onları Yunan mifalogiyası, fransız qadınlarının korseti və böyük donları, XVI əsrin modelləri maraqlandırır.

Balıqlar – romantik və işıltılı gəlinliklərə üstünlük verirlər.

Həmçinin bax: Toy qoroskopu 


Davamı →