Qadınlar da məcburi hərbi xidmət keçəcək

Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır. 

   Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub.


Ardı →

TİTANİK-"Batmaz gəmi”

15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi  Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dolladan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 Titanik almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər, Ömər Xəyyamın «Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300mln dollar, daş-qaş olmuşdur. Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur.
Ardı →