Gəyirmənin qarşısını necə almalı?

Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.

Belə ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir.

Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir. Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir.
Davamı →