Qırmızı Fənər küçəsinin gizli üzü

  • Turizm
Hollandiya çox vaxt “məşhur” Qırmızı fənər küçəsi, seks muzeyləri və eyni cinsli insanların evlənməsinə icazə verən ölkə kimi assosiasiya olunur. Halbuki, Hollandiya qeyri-adi təbiəti, lalə sahələri, yel dəyirmanları olan gözəl və Qərbi Avropanın ən qədim şəhərdir. Hollandiya muzeyləri ilə də zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir. Dünyanın ən gözəl və keyfiyyətli gülləri, pendiri və pivəsi də Holandiyada yetişir. Səyyaha bundan artıq nə lazımdır? Qısası, bu ölkə haqqında birmənalı olmayan təsəvvürləri dəyişmək üçün kifayət qədər səbəb var.

Davamı →

Bora Bora adası

  • Turizm

Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.

Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.

Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.


Ardı →

Azərbaycanın görməli yerləri

Qız Qalası
Bakı şəhərində yerləşən bu qədim abidə “İçəri Şəhər”in sahilə yaxın hissəsində yerləşir. Hündürlüyü 30 m., divarlarının qalınlığı 5 m-dir. Qız qalası XII əsrdə Məsud Davud oğlu tərəfindən inşa olunmuşdur.
1960-cı illərdə restavrasiya olunan Qız qalası 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına salınmışdır.
Qız qalası
Davamı →