Gecə yemək sindromu

Gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək sindromunun qarşısını almaqdan danışıb.

Mütəxəssis ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: “Gündəlik kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar ortaya çıxır.

Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir”.
Davamı →