Danışmağa nə var eh, dilin ki, sümüyü yoxdur?! Dediyin vəd yalan çıxanda da, dili verirsən qabağa ki, bəs Vallah, Billah mən elə şey deməmişəm, mənim xəbərim yoxdur. Yazıq dil…
Dil demişkən, bilirsiniz də, bizimkilər də dildən çox iti olurlar, təəsüf ki, əməldən də küt. Hamı danışır, dərs verir, məsləhət verir, nəsə öyrədir, baxmayaraq ki, heç özləri bu dərsdən, məsləhətdən heç bir şey öyrənməyiblər… mentalitet təlimlərindən savayı...
Cəmiyyət iki əks cinsin birləşməsindən yaranır və davam edir, bu çox adi və həm də mürəkkəb məsələdir. Hər nə olursa olsun, bu belə olub, belədir və elmin inkişafına, süni doğuşların çoxalmağına baxmayaraq, bu təbii proses daha çox üstünlük təşkil edəcək. Yoxsa Siz mentalitet aşiqi valideyinlərin “Səni dükandan almışıq” hekayələriylə böyüyənlərdən və daha sonra bu “hekayələri” övladlarınıza danışanlardansınız? Ay-hay…
Ardı →