Qısa boylu xanımlar, geyinərkən bunlara diqqət edin

Qısa boylu qadınlar çox zaman alış-veriş zamanı bəzi çətinliklərlə üzləşirlər. Əgər doğru seçim etməsələr, olduqlarından daha qısa görünə bilərlər.

Mümkündürsə, belinizi sarıyın

Ayaqları uzun göstərməyin yolu beli vurğulamaqdır. Belinizi vurğulamağın ən şıq yolu isə kəmərlərdir. Böyük bədən jaketin və ya gen paltarın belinə sarıyacağınız kəmərlə həm tərzli, həm də uzun görünə biləcəksiniz.

Mini paltarları iti burunlu ayaqqabılarla və ya qısa botlarla geyininİti burunlu ayaqqabılar ayağı uzun göstərmək üçün mükəmməldir. Hər şeydən əvvəl diqqəti üzərinə çəkəcəyinə şübhə yoxdur. Aşağıdan yuxarıya baxdıqda ayaqlarınız uzanacaq.


Davamı →

Geyimlərimiz haqqında məlumatlı olun!

Domenico Dolce və Stefano Gabbananın müştərək dizaynları “ulduzları ulduzlara bənzətməsiylə” tanınmaqdadır. Seksual stilləri çox vaxt özləri üçün yaratdığı, indi “Kylie Minogue” təqdiriylə məşhur T-shirtləriylə Isabella Rossellini, Dəmi Moore, Nicole Kidman və Madonna və bənzərlərinin üzərində görülməkdədir. Eyni zamanda Madonnanın 1993-cü ildəki Girlie Şousu üçün kostyumlarını hazırlamışlar.

Həm həyat ,həm iş ortağı olan cütlük Milanda bir emalatxanada assistent olaraq çalışarkən qarşılaşmışlar. O zamandan bəri kişi geyimi və imzalarını daşıyan bir ətir çıxarmış, İtaliya, Yaponiya, Hong Kong və 1999-cu ildə Londonda mağazalar açmışlar.
Ardı →

Geyim stilləri

Dəb yaranan  gündən özünün bir stili, üslubu, forması olub. Tanınmış dizayner və modelyerlərin fikrincə, hər geyimin öz yeri, vaxtı, vədəsi var. Hər geyimi hər yerdə və istədiyin vaxt geyinmək olmaz. Odur ki sizə tanınmış modelyer və dizaynerlərin hansı geyimi nə vaxt, harda  və necə geyinməyinin bir neçə üsulunu təqdim edirik.


1. Klassik   
Bu növ geyimlərdə artıq heç bir element gözə dəymir. Bu stil dəblə o qədər də ayaqlaşmır. Ciddi insanların stilidir və  dövlət əhəmiyyətli tədbirlərdə, məclislərdə istifadə olunur. Bunlar: klassik ingilis kostyumu,ingilis  yaxalıqlı düz biçimli palto, dizə qədər olan düz karandaş yubkalar, futlyar-donlar, düz biçimli şalvarlar.
Əsas rənglər: boz, ağ, bej və qəhvəyi


Ardı →