Ayaqqabı alarkən diqqətli olun

ayaqqabılarBaxırsan ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin “yatdığından“ xəbərimiz yoxdur. Əslinə qalsa keyfiyyətsiz ayaqqabı baha da olur, ucuz da.
Yəni demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay, keyfiyyətsiz çıxır. Ancaq bir həqiqət var: “Ucuz ətin şorbası olmaz“. Bəzən qiymətinə, zahiri görünüşünə aldanıb aldığımız sintetik ayaqqabılar, necə deyərlər, canımıza cəllad kəsilir. Belə ayaqqabılarda xərçəng xəstəliyi ehtimalı olduğu da aşkar edilmişdir.
Araşdırma apararkən məlum olmuşdur ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. 


Davamı →

Uğurlu təbliğat - sağlam cəmiyyət!

İnsan həyatının hər bir  sahəsi haqqında  düzgün yönəldilmiş  təbliğat möhkəm, sağlam  cəmiyyətin təməlidir!

 

Son illər Azərbaycanda fəaliyyət göstərən bankların sayı artıb. İndi öz əmanətini bankda yerləşdirmək istəyən vətəndaşın seçim imkanı da genişdir. Belə ki, ölkədə 40-dan çox bank əhaliyə xidmətlərini təklif edir.
Rəsmi statistika görə, Azərbaycanda son bir ildə banklardakı əmanətlərin həcmi 31 faiz artıb. Ötən ilin III rübünün göstəricilərinə əsasən isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunan əmanətlərin həcmi 1 milyard 404 milyon manat olub. Fonda üzv olan banklarda fiziki şəxslərin ümumi əmanətləri 122 milyon manat qorunan əmanətlər 195 milyon manat artıb. Nəticədə, qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olub. Həmçinin, fiziki şəxslərin 4,4 milyard manat bütün əmanətlərinin 64 faizi yəni 2,8 milyard manatı qorunan əmanətlər, 36 faizi yəni 1,6 milyard manatını isə qorunmayan əmanətlər təşkil edib.
Yeri gəlmişkən xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, 2010-cu ilin 1 iyun tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir. Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.
Maraqlıdır, görəsən hazırda ölkənin əsas aparıcı bankları əmanətçilərə neçə faizlə dvidend verir? Ümumiyyətlə, bankların ümumi aktivlərində əmənətlərin payı nə qədərdir?
Azərbaycan Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib ki, bu bank tərəfindən vətəndaşlara «Multivalyuta» və «Klassik», «Yığım», «Avans», «Uşaq» əmanət növü təklif edilir. Bank maksimum 5 illik (60 ay) müddətə yatırılan əmanətə 11.4 faiz dividend verir. Yatırılan əmanətə görə verilən dividend müddətdən asılı olaraq minimum 6.4 faiz təşkil edir.
Bankın ümumi aktivlərində əmanətlərin payının nə qədər olmasına gəlincə, Rauf Ağayev ötən ilin yekunlarının hələlik sistemləşdirilmədiyini deyib. O bildirib ki, yekun hesabat hazır olmadan bu barədə məlumat vermək qeyri-mümkündür.
“Muğanbank”dan isə bildiriblər ki, maksimal 2 illik (24 ay) müddətə yatırılan əmanətə hər il üçün 12 faiz dividend verilir. Aylıq göstəriciyə gəldikdə isə 1 aydan yuxarı yatırılan əmanətə 2 faiz verilir, müqavilə vaxtından tez pozularsa bu, 1 faizə düşür.
Sözügedən bankın ümumi aktivlərində əmanətlərin payının nə qədər olması barədə sualımız isə cavabsız qalıb.
“Bank of Baku”dan isə “Həftə içi”nə deyiblər ki, korporativ əmanət 2 aydan 36 ayadək müddətə qoyula bilər. Hər aya uyğun olaraq faizlər dəyişilir. Müddətin sonunda götürüldükdə dividend 10.73 faizlə verilir. “Dinamik” əmanətin müddəti 1 aydan 60 ayadəkdir. Faizlərin ödənilməsi aylıq və müddətin sonunda olur. İllik faiz dərəcəsi 1-16 faiz təşkil edir. “Çevik” əmanət 18 aya yatırıla bilər. Faizlərin ödənilməsi əmanət çıxarılarkən və ya müddətin sonunda gerçəkləşir. Əmanət 2 aydan tez çıxarılarsa, əmanətçiyə heç bir faiz ödənilmir.
Bu bankda da ümumi aktivlərdə əmənətlərin payının nə qədər olması barədə sualımız əməkdaşlar tərəfindən cavabsız qalıb.
“Kapital Bank”dan da vətəndaşlara müxtəlif əmanət növü təklif edildiyini bildiriblər. Qurumdan verilən məlumata görə, “VİP” əmanəti üçün əmanətçilərə 12 ay 7.5 faiz, 24ay 8.5 faiz, 36 ay 9.5 faiz dərəcələrilə dividend verilir. “Müddətli seçim” əmanətinin müddəti 10 ildir. Faizlər müddətin sonunda 17 faizlə ödənilir. “Uşaq yığımı” əmanəti 16 yaşadək uşaqlar üçün açılır. Əmanətin müddətinə görə dividend 12 ay üçün 6 faiz, 24 ay üçün 7 faiz, 36 ay üçün 8 faiz təşkil edir. “Pensiyaçı” əmanəti 6 ay və 12 ay müddətinə qəbul olunur. 6 aya 3 faiz, 12 aya 6 faiz dividend verilir. “Müddətsiz” əmanət 12 ay müddətinə qəbul edilir və hər ay üçün 2 faiz odənilir.
“Unibank”dan isə bildiriblər ki, maksimal 2 illik müddətinə qoyulan əmanətə 13 faiz dividend verilir. “Müddətli” əmanət 3 aydan 12 ayadək yatırıla bilər. 3 ay üçün 5 faiz, 6 ay üçün 6.5 faiz, 12 ay üçün 7.5 faiz dividend verilir. “Proqressiv” əmanət 12 aya qədər yatırılır. 3 aya qədər 3.5 faiz, 3 aydan 6 aya qədər 4.5 faiz, 6 aydan 9 aya qədər 6 faiz, 9 aydan 12 aya qədər 6.5 faiz, 12 ay üçün isə 7 faiz dividend ödənilir.


Davamı →

Stilə uyğun geyinməyin sirləri

Bir sual xanımları çox düşündürür, görəsən stilə uyğun necə geyinmək lazımdır?.. Zərif cinsin milyonlarla nümayəndəsi hər gün bu suala cavab axtarmağa çalışırlar. Fərdi stili necə tapmalı, başqalarının yanında «ağ qarğa»ya necə oxşamamalı, necə gülməli və güzgüyə baxmalı, necə cazibədar olmalı? Sizə həyatınızı dəyişdirəcək 10 sadə qaydanı oxumağı təklif edirik.


Təkrarolunmazlığına əmin olun —
Birinci və başlıca qaydadan başlayın: ən gözəl və təkrarolunmazlığınıza inanın. Lkassik sovt filmində deildiyi kimi, «Mən ən füsunkar və cazibədaram» sözlərini xatırlayın. Düşünülmüş nəzəriyyəyə kor-koranə əməl edən qəhramanları ələ sala bilərik, lakin ondan bir nəticə əldə etmək olar. Əgər hər gün güzgü qarşısında gözəl olduğunuzu təkrarlasanız, lazımi stil obrazını əldə etmək üçün əminlik gec-tez nəticə verəcək. Hər halda biz bilirik ki, gözəllik-subyektiv anlayışdır və dəqiq tərifi yoxdur. Gözəllik-hər şeydən öncə ruhun vəziyyətidir. Güzgüdə özünüzə diqqətlə baxın, çatışan və çatışmayan cəhətlərinə nəzər yetirin. Onları şüurunuzda qeydə alın.


Ardı →

London dünya modasının mərkəzinə çevrilib

Araşdırmalar sübut edir ki, London artıq dünyanın moda mərkəzi sayıla bilər. Belə ki, London modaya görə Nyu-York və Parisi geridə qoyub, Londonu artıq dünya modasının paytaxtı hesab etmək olar. Bu şəhər bir il ərzində Nyu-York və Parisi geridə qoyub. Amerikanın «Global Language monitor» tədqiqat təşkilatının mütəxəssisləri belə nəticəyə gəlib. Araşdırmalara görə, Böyük Britaniya dizayneri Aleksandr Makkuinin vəfatından sonra, həmçinin mətbuatın Ketrin Middlton və Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsinin toyuna yönələn diqqəti sayəsində London moda dünyasında birinciliyi əldə edib.


Ardı →