Ayaqqabılarda pis qoxuları dəf etmək üçün üsullar

1. Yuyun və qurudun
Hər gün ayaqlarınızı su və sabunla yaxşıca yuyun. Barmaq aralarınızı, ayaqlarınızı tam qurudun sonra isə ayaqqabılarınızı geyinin. Belə etdikdə ayaqlarınızı uzun müddət tərləmədən və pis qoxu vermədən qalacaq.

2. Bakteriyaları yox edin
Ayağınızdakı bakteriyaları yox etmək üçün bəzi məhlullar mövcuddur. Məsələn, ağ sirkə ayağınızdakı bakteriyaları yox etməkdə işə yarayan əla vasitədir. Müəyyən miqdar ağ sirkəni spreyli bir qaba doldurun və hər gün duşdan sonra ayaqlarınıza sıxın, qurusun. Bunu ayaqqabılarınızı geyinmədən əvvəl də edə bilərsiniz.
Davamı →

Hamam otaqında edilən gigiyenik səhvlər

Hamam evimizdə gigiyenik təmizlik üçün ən vacib bucaqlardan biridir. Hamamda etdiyimiz hər şeyin düzgün olduğunu düşünürük. Ancaq bəzən səhvlərə də yol verə bilərik. Bəs bu səhvlər nələrdir?

1. Diş fırçalarını unitaza yaxın yerdə saxlamaq
Unitazı nə qədər yusanız da, ora yenə də bir mikrob mənbəyidir. Buna görə mütəxəssislər unitazın qapağının həmişə bağlı saxlanılmasını və diş fırçalarını qapalı bir qabda saxlamağı məsləhət görürlər.

2. Yaş dəsmallar
Bakteriyalar yaş dəsmallarda daha çox toplanır. Yaş dəsmallarla qurulandığınızda vücudunuzdakı yaralarınıza infeksiya düşməsi halları daha çox olur. Bunun qarşısını almaq üçün dəsmalların bir nəfərdən artıq şəxsin istifadə etməməyi, yaş halda istifadə edilməməyi, tez-tez dəyişdirilməsi lazımdır.


Ardı →

Ayaqyolunun tarixcəsi

Fransızlar niyə çətir və yelpik gəzdirirdilər?
Haqlı olaraq deyirlər ki, şüurlu insanların tarixi əlinə ilk ağac ala bilən insandan deyil, tualeti ilk tikən insandan başlayır.
Biz həmişə çətir və yelpiyi görəndə ilk olaraq fransız madam və mademuazelləri xatırlayırıq. Çünki orta əsrlərə aid ədəbiyyatlarda və rəsm əsərlərində çətir və yelpik fransız qadınların simasında avropalı feminanın başlıca aksessuarı sayılıb. Bilməyənlərə yəqin elə gəlir ki, çətir yağış və günəşdən, yelpik isə istidən qorunmaq məqsədilə orta əsr Avropa qadını tərəfindən hər yerə daşınırdı. 

İlk baxışda bir-birinə qətiyyən aid olmayan iki fərqli məfhumu – çətir və tualeti bir araya gətirərək isbat etməyə çalışacağıq ki, bunların biri o birini heç də inkar etmir və parisli xanımların çətir sevgisinin əsl səbəbi nədir. Bu absurd qoşalaşdırmaya bizi orta əsrlərin və müasir dünyanın ən mədəni xalqlarından biri sayılan fransızlar vadar edib. Və çətirdən aidiyyatı üzrə istifadə edilməməsinin səbəbini açmaq üçün bizi tualetin tarixinə nəzər salmağa yönləndirib. 

Oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. 
Ardı →

Mətbəxdə gigiyena

mətbəxdə təmizlikMətbəximizdə hər şey təmizliyə xidmət etməlidir. Bunun üçün zədəli qablar, yemək artıqları, çirkli parça qırıqları saxlamayın. Qablar yuyulmazdan əvvəl yemək artıqlarından təmizlənməlidir. Bu mənada qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyi də əsas şərtdir.
Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əllər 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyulmalıdır. İstifadə etdiyiniz bez və süngərlər yaxşı təmizlənmədikdə bir neçə saat ərzində üzərlərindəki bakteriyalar artıb çoxalır. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib, qaynar suda saxlayaraq dezinfeksiya edin.
Mətbəx avadanlıqları və əlüzyuyan isti, sabunlu su ilə yuyulduqdan sonra 1 çay qaşığı xlor əlavə edilmiş su ilə durulanmalıdır. Sintetik, plastik qablardan təkrarən istifadə etməyin, atın. Bəzən ət məhsullarını bişirməzdən əvvəl bakteriyalardan təmizləmək məqsədi ilə yuyurlar. Buna ehtiyac yoxdur, çünki bakteriyalar yalnız 71 dərəcə selsidə məhv olur.
Mətbəxdə işlədilən yaş bezlər mikrob mənbəyinə çevrilməsin deyə, həftədə 1 dəfə paltaryuyan maşında isti su ilə yuyun.
Əlüzyuyanda yığılıb qalmış yemək artıqları nəmli şəraitdə bakteriyaların çoxalmasına səbəb olur: Odur ki, əlüzyuyanı tez-tez xlorlu su ilə yumaq və dezinfeksiya etmək lazımdır.
Ardı →

İslamda təmizlik

təmizlikİslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir. İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (s.ə.s.) hədislərində təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır.

Rəsulullah(s.ə.s.) buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli təmrinlərdən hesab olunur. Hətta Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.


Ardı →

Sağlamlıq üçün əsas 3 təhlükə mənbəyi

Bu yaxınlarda amerikalı mikrobioloq Ç.Qerb özünün yeni tədqiqatlarının nəticələrini mətbuat üçün açıqladı. O, bu dəfə mikrobların və virusların daha çox harada olduğunu aşkarladığını qeyd edirdi.Aydın oldu ki, bunlar heç də ofis işçilərinin hesab etdiyi yerlər deyil, Belə ki, hamı ümumi tualetlərdə unitazları ən çirkli yer hesab edir. Lakin aydın oldu ki, bu heç də belə deyil. Əslində bura aşağıdakılar aiddir:
1)kompyuterlərin klaviaturası,
2)Telefonların dəstəkləri,
3)Ümumi tualetlərdə əl-üz yuyanlar.


Ardı →

Ağızda pis qoxu

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir. 
Ardı →

Bədənə qulluq

Gigiyena insan sağlamlığının vacib aspektidir. Müasir elmi biliklərə esaslanan. əziyyət verməyərək gündəlik yerinə yetirilən gigiyena proseduraları insan sağlamlığı üçün çox xeyirlidir, yüksək iş qabiliyyətini, aktivliyi saxlayır, orqanizmin normal inkişafına kömək edir. Təcrübələr göstərir ki, uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağlamlığın şüurlu qorunmasına çevrilir. Ona görə də gigiyena vərdişləri oğlana da, qıza da uşaqlıqdan aşılanmalıdır.


Ardı →

Əllərin yuyulması – şəxsi gigiyenanın əsasıdır

Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir.
Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.  Pul əsginasları xüsusilə köhnə, yıpranmış pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər. Bir ölkədən başqasına səyahət edən əskinaslar daha təhlükəlidir.
Davamı →

Infeksiyasız seks

Qadın cinsi infeksiyaları yay xəstəliklərinə aid olmasa da, isti mövsümdə onlara daha tez yoluxulur. Xlamidiya, trixomonas, ureaplazma, mikoplazma və digər mikroblar isə orqanizmə daha çox cinsi yolla daxil olur.
Vəziyyəti şəxsi gigiyenanın olmaması da çətinləşdirir. İnfeksiyaya məişət yolu ilə də yoluxmaq olar. Misal üçün, hamamda alt paltarsız oturarkən və ya yoluxmuş şəxsin məhrəbasından istifadə edərkən, ictimai tualetlərdən istifadə zamanı yoluxmaq mümkündür.


Ardı →