Məsamələri yığan maska

Məsaməli dəri bir çox insanın problemidir. Lakin bunun öhdəsindən gil maskası vasitəsi ilə gələ bilərsiniz. Gil maskası dərinin ən dərin təbəqələrinə nüfuz edir və buradakı çirkləri çıxarır. Təmizlənib açılan məsamələr isə yığır. Gil maskası dərini qidalandırır və bərpa edir.

Evdə gil maskası hazırlamaq üçün bir miqdar gilə ehtiyacınız olacaq. Bu gili dəri tipinizə uyğun almalısınız. Əgər qarışıq və ya da normal dəriyə sahibsinizsə ağ gil, dəriniz yağlıdırsa, yaşıl gil almalısınız. Maskanı hazırlamazdan əvvəl dərini sabun və ya təmizləyici gellə yumalısınız.

Gili sabunla təmas etdirməməlisiniz. Çünki bu halda başqa bakteriyalar törəməyə başlayır və maskanın heç bir faydası qalmır. Eyni səbəbdən gili plastik qabla da təmas etdirməməlisiniz, bunun yerinə şüşə qab istifadə edin.
Davamı →