Quşüzümü

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.
Bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:
— güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir
Davamı →

Zoğalın 7 faydası

  • Flora
1. C vitamini ilə zəngin olan zoğal damarları möhkəmləndirir, onların elastikliyini və cavanlığını qoruyur.

Bundan əlavə zoğal digər damarlar üçün olduqca faydalı olan rutin maddəsi ilə zəngindir. Rutin damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni qidalanmasına tez-tez daxil etməlidir.
Davamı →

Moruq nələrə faydalıdır?

  • Flora
Dadlı və ətirli moruğu əsl təbii dərman hesab etmək olar. Onun tərkibində insanı ağır xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyan bir çox nadir qiymətli maddələr var.

Moruq kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün olduqca vacibdir.

Moruq həmçinin C vitamini ilə də zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, onları möhkəm və elastik edir, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
Davamı →

Böyürtkənin faydaları

  • Flora
Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyürtkən bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.

1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir — hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Belə hesab olunur ki, böyürtkən iltihabəleyhinə xüsusiyyətlərə görə moruqdan faydalıdır.

2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.
Davamı →

Çiyələyin faydaları

  • Flora

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.


Ardı →