Prematur yumurtalıq çatışmazlığı nədir?

Ölkəmizdə bu məsələdə qəti göstəricilər olmamaqla birlikdə ABD-də qadınların orta hesabla menopauza yaşı 50.7 olaraq müəyyən edilir. Qadınların 1-2 %-i 60 yaşından sonra və 1-2 %-i 40 yaşından əvvəl menopauza girir. Qırx yaşından əvvəl menopauza girmə erkən menopauza və ya prematür ovarian çatışmazlıq kimi adlandırılır. Menopauza yaşını müəyyən edən ən mühüm amil genetik amillərdir. Bundan başqa, siqaret istifadəsi kimi ekoloji amillərdə menopauza yaşına təsir edir.
Davamı →

Həyatında kişi olmayan qadınlarda hansi xəstəliklər ola bilər

Zərif cinsin nümayəndələri müəyyən bir yaşdan sonra bəzi qadın xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklər siyahısına vaginal axıntı, sistit, mioma və ən əsası sonsuzluq daxildir. Bəs bu xəstəliklərin başlıca səbəbləri nələrdir?
Normal seks həyatı olmayan qadınların yaşadıqları cinsi xəstəlikləri təqdim edirik:
Vaginal axıntı əsasən yetkinlik dövründə və infeksiya ilə bağlı olur.

Davamı →

Uşaqsalma - süni abort

Dölün uşaqlıq boşluğunda tam formalaşmamış halda xaric edilməsi abortdur. Abort süni yaxud təbii, öz-özünə olur.

Süni abort hamiləliyin 12-ci həftəsinə qədər aparıla bilər. 12-28 həftələr arası pozulan hamiləlik gecikmiş abort yaxud süni dölsalma adlanır.

Cərrahi yolla edilən abort hamiləliyin 7-ci həftəsindən 12-ci həftəsinə kimi aparılır. Bu zaman uşaqlıq boynu xüsusi cihazlarla aralanır və uşaq iti (küret) cift ilə birgə uşaqlıq boşluğundan çıxarılır.


Davamı →

Hamiləlik zamanı USM

Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.

Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.


Ardı →

Aybaşı zamanı problemlər

Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə — ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.
  • Amenoreya – aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.

Davamı →