Ovulyasiya testləri

Ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) baş vermədikdə hamiləlik mümkün deyil. Qadın sonsuzluğun əsas səbəbi də ovulyasiyanın olmamasıdır (anovulyasiya).

Anovulyasiyanın səbəbləri müxtəlifdir — endokrin xəstəliklər (bu zaman orqanizmdə hormonal pozulmalar yaranır ki, nəticədə ovulyasiya baş verməyə bilər), polikistoz yumurtalıqlar sindromu, hipotalamus və hipofiz şişləri və s.

Onu da nəzərinizə çatdıraq ki, hətta tam sağlam və menstrual dövrü mütəmadi olan qadında 1 il ərzində 1-2 menstrual dövr (birinin ardınca olmamaq şərti ilə) ərzində ovulyasiya baş verməyə bilər. Bu normal sayılır.


Ardı →

Dölün ürək döyüntüləri

Dölün ürək döyünməsi onun normal inkişafının əsas göstəricilərindən biridir. Dölün vəziyyətində hər hansı mənfi dəyişiklik baş verdikdə onun ürək döyünməsində də dərhal dəyişikliklər baş verir.

Məhz bu səbəbdən həkimlər bütün hamiləlik zamanı və xüsusilə də doğuşda dölün ürək döyünməsinə xüsusi nəzarət edir.

Hamiləliyin əvvəlində dölün ürək döyünməsi USM vasitəsilə qiymətləndirilir. Hamiləliyin təxminən 18-ci-20-ci həftələrində ginekoloq xüsusi stetoskop (ağacdan, plastikdən və ya alümindən olan enli qıflı borucuq) vasitəsilə dölün ürək döyünməsini eşidir və qiymətləndirir.


Ardı →

Ginekoloqa getmək üçün 7 səbəb

1. Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı,  xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda   (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər.  Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində  inkişaf edən  qarın boşluğu qanaxmaları  zamanı yaranır: 
      
2. Uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində  uşaqlıq borusunun  cırılması- bu halda  təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma  böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;

3. Yumurtalıqların apopleksiyası  — öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun  12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması.  Əksər hallarda yumurtalıq  apopleksiyası  güclü qanaxmaya  səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir.  Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda  konservativ  terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı  itirməmək və vəziyyəti anlamaq çox vacibdir. 
Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda  yaranması zamanı mütləq «Təcili yardım» çağırın: 

4. Abortdan  və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;  
Ardı →

Hamiləlikdən sonra kiloların atılması

Qidalanmağınıza diqqət edərkən həm südünüzü artıra bilər, həm də hamiləlik kilolarınızdan xilas ola bilərsiniz!

9 ay həyəcanla gözlədiyiniz körpənizi qucağınıza götürdünüz. Ancaq bir tərəfdən də körpəmi südümlə bəsləyə biləcəyəmmi və hamiləlik dövrü boyunca aldığım kilolardan xilas ola biləcəyəmmi narahatlığı da başlayır. 

Ardı →

Hamiləlik zamanı ürəkbulanması

Hamiləlik zamanı qadınların bir çox hissəsi ürək bulanması halları ilə üzləşir. Adətən ürək bulanması qadınlarda hamiləliyin əvvəlində olur və bu simptom baş vermiş hamiləliyin ən birinci simptomlarından sayılır.

Lakin əgər qadın bu hallarla üzləşmirsə, narahat olmağa dəyməz. Bəzi qadınlar hamiləliyin əvvəlindən axırına kimi ürəkbulanmasını hiss etmir. Bu heç bir «anormallığın» əlaməti deyil, əksinə bu əsl müvəffəqiyyətdir.

Onu da nəzərinizə çatdıraq ki, əgər hamiləliyin ilk həftələrində (10-cu həftəsinə kimi) qadında ürəkbulanması hissi birdən tam yox olarsa (dünən var idi, bu gün isə yoxdur), bu hamiləliyin pozulmasından xəbər verə bilər. Bu halda mütləq həkimə müraciət etmək və USM-dən keçmək lazımdır.

Adətən ürəkbulanması hamiləliyin 5-ci-6-cı həftəsində başlayır və 11-ci-12-ci həftələrində tam yox olur. Bəzi hallarda isə bu hal hamiləliyin 16-cı həftəsinə kimi davam edir (çoxdöllü hamiləlik zamanı, qadında mədə-bağırsaq sistemi xəstəlikləri olduqda və s.).


Ardı →

Doğuş-ağrı və sevinc mənbəyi

“Və bu keçirdiyiniz ağrı ən qüdrətli meditasiya ola bilər” (Oşo)
Çox vaxt gələcək analarla məşğələlər keçirərkən, onların bəzilərini ancaq ağrı narahat etdiyini məyyən etmək olar: “Mən ağrıdan qorxuram, qorxuram ki, ağrı kəskin olar və mən buna dözə bilmərəm. Mən bu ağrıya necə reaksiya verəcəyimi bilmirəm, mən öz üzərimdə nəzarəti itirə bilərəm.”. Bu suallar daim hamilə qadının fikirində dolanır.
Qadın seçim qarşısında qalır: ya körpə ilə harmonik ünsiyyətdə olmaq ya da doğuş ağrılarına dözmək. Qadın ünsiyyəti seçir və həyacan keçirməkdə davam edir:”Dözə bilməsəm, onda necə, çox ağrılı olsa nə edəcəm?”
Davamı →

Sonsuzluqla bağlı 7 sual və 7 cavab

1.Hamiləliyin qarşısını almaq üçün istifadə edilən metodlar sonsuzluğa səbəb ola bilərmi?


-Ola bilər.Buna görə də heç uşağı olmamış qadınlara belə şeylərdən istifadə etmək məsləhət deyil.


2.Şəkər xəstəliyi olan bir qadın uşaq sahibi ola bilərmi?


-Bəli.Belə xəstələrdə ilk növbədə diabetin müalicəsinə diqqət yetirmək lazımdır.


Ardı →

Aybaşı pozğunluğu (Alqomenoreya)

Ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə...Hər üç qadından ikisində mensturasiya (aybaşı) zamanı bu simptomlar müşahidə olunur. Çoxu bunu sadəcə naxoşluq adlandırır. Əslində isə tibbdə bu “alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya nəinki fiziki problemin olmasından, ciddi xəstəliklərdən də xəbər verə bilər.
Alqomenoreya (dismenoreya, alqodismenoreya) –geniş yayılmış xəstəlikdir. Belə ki, 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusən yeniyetmələrdə ağrılı menstruasiya müşahidə olunur.Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə müşayət olunur. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü sakitləşir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini belə itirir. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
Davamı →