Qadın sonsuzluğu

Qadın sonsuzluğunun növləri və səbəbləri

Sonsuzluq bütün dünyada evli cütlüklərin 15 %-ə qədərinin rastlaşdığı problemdir. Qadın reproduktiv sistemi kişi orqanizminə nisbətən mürəkkəb olduğu üçün sonsuz nikahda 60% hallarda səbəb qadın tərəfdən olan problemlərdir. Belə hallarda qadın sonsuzluğundan söhbət gedir ki, bu da qadın orqanizmində olan bir sıra xəstəliklərlə əlaqədardır.

Qadın sonsuzluğunun növləri:


Davamı →

Ginekoloqların qadınlara demədiyi 6 fakt

Ginekoloqa müraciət edən bir çox qadınlar utandığından həkimin bəzi suallarına cavab verməyə çəkinirlər. Lakin bununla qadınlar özləri-özünə zərər vermiş olur.

1. İntim bölgənin epilyasiyası
Nədənsə bir çox xanımlar əmindir ki, həkim müayinə zamanı bu həssas bölgənin təmizlənməsinə baxır. Amma həkimlər bu iddiaları rədd edir. Onlar öz işinin peşəkarıdır, həkimlər üçün qadın sağlamlığının qaydasında olub-olmamasını yoxlamaq daha vacibdir. Ginekoloqlar çox yaxşı bilir ki, onların başlıca vəzifəsi nəyin bahasına olursa-olsun narahatlıq səbəbini aydınlaşdırmaqdır. Sizin epilyasiya etdirib-etdirməməyiniz həkimi narahat edən ən sonuncu məsələ ola bilər.
Davamı →

Uşaqlığın mioması

Uşaqlığın mioması — 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi)  müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın
inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir.


Ardı →

Aybaşı pozğunluğu (Alqomenoreya)

Ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə...Hər üç qadından ikisində mensturasiya (aybaşı) zamanı bu simptomlar müşahidə olunur. Çoxu bunu sadəcə naxoşluq adlandırır. Əslində isə tibbdə bu “alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya nəinki fiziki problemin olmasından, ciddi xəstəliklərdən də xəbər verə bilər.
Alqomenoreya (dismenoreya, alqodismenoreya) –geniş yayılmış xəstəlikdir. Belə ki, 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusən yeniyetmələrdə ağrılı menstruasiya müşahidə olunur.Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə müşayət olunur. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü sakitləşir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini belə itirir. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
Davamı →