Yumurtalıqların polikistozu nədir?

  • Yumurtalıqların polikistozu nədir?

Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PYS). PYS zamanı yumurtalıqlarda çoxlu sayda xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.

  • Yumurtalıqların polikitozunun səbəbləri hansılardır?

Davamı →

Prematur yumurtalıq çatışmazlığı nədir?

Ölkəmizdə bu məsələdə qəti göstəricilər olmamaqla birlikdə ABD-də qadınların orta hesabla menopauza yaşı 50.7 olaraq müəyyən edilir. Qadınların 1-2 %-i 60 yaşından sonra və 1-2 %-i 40 yaşından əvvəl menopauza girir. Qırx yaşından əvvəl menopauza girmə erkən menopauza və ya prematür ovarian çatışmazlıq kimi adlandırılır. Menopauza yaşını müəyyən edən ən mühüm amil genetik amillərdir. Bundan başqa, siqaret istifadəsi kimi ekoloji amillərdə menopauza yaşına təsir edir.
Davamı →

Ginekoloji iltihabi xəstəliklər

İltihabi xəstəliklər adı altında qadın cinsiyyət sisteminin müxtəlif nahiyyələrində (uşaqlıq, yumurtalıq, uşaqlıq boruları və s.) olan iltihabi proseslər nəzərdə tutulur. Bəzən iltihabi proses bir deyil eyni zamanda bir neçə nahiyyəni əhatə edir.
Cinsi orqanların iltihabi xəstəlikləri ginekoloji xəstəliklər içərisində daha çox rast gələnlərdəndir.
Bu xəstəliklərə xüsusi diqqət yetirmək lazımdır. Çünki əhəmiyyət ondan ibarətdir ki, bunlar birbaşa reproduktiv sistemə təsir edirlər. İltihabi xəstəliklər sonsuzluğun, menstrual tsiklin və cinsi funksiyanın pozulmasının, endometriozun və s. nin əsas səbəblərindən hesab edilirlər. İltihabi proseslər nəinki bakterial eləcə də zöhrəvi xəstəliklərin nəticəsində meydana çıxırlar.
Davamı →