Gizli kimyaçı

mədəaltı vəziGizli kimyaçı adlandırdığım varlıq sizcə kim ola bilər? Hər hansı şəxsi nəzərdə tutduğumu düşünə bilərsiniz. Amma, xeyr. Bu, bədənimizdəki çox möcüzəvi orqanlardan biri olan mədəaltı vəzidir. Bu orqanı niyə belə adlandırdığımı indi izah edim:

Mədəaltı vəzi həzm prosesinin başladığını bilməklə kifayətlənmir, bir də yediyiniz yeməklərin növlərini anlaya bilir və yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri istehsal edir. Məsələn, vermişel, çörək kimi karbohidratlı qidalar yeyərkən, mədəaltı vəzinin ifraz etdiyi ferment karbohidrat parçalayıcı xüsusiyyətə sahibdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda, mədəaltı vəzi karbohidrat parçalayıcı xüsusiyyəti olan “amilaza” adlı ferment istehsal edir.

Əgər ət, balıq və toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal bilir. Yəni bu qidalar onikibarmaq bağırsağa çatanda bu dəfə zülalları parçalayan fərqli fermentlər- tripsin, ximotripsin, karboksipeptidaza, ribonükleaza və deoksiribonükleaza istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti normadan çoxdursa, bu fermentlərlə bərabər lipaza adlı yağları həzm edən bir ferment də hərəkətə keçir.


Ardı →